Həzrət Rüqəyyə (ə) imam Hüseyn ibn Əlinin (ə) qızıdır. Onun anasının adı Ümmü İshaqdır. Həzrət Rüqəyyə (ə) 59-cu hicri qəməri ilində Mədinə şəhərində dünyaya gəldi və 61-ci hicri ilində atası ilə birlikdə Kərbəlaya səfər etdi. İmam Hüseyn (ə) həzrət Rüqəyyəni (ə) çox sevirdi və gecələr onu öz qucağında yatızdırırdı. Bəzi rəvayətlərdə gəlib: Aşura günü həzrət Səkinə (ə), üç yaşlı bacısına dedi: -Gəl atamızın ətəyindən tutaq və onu getməyə qoymayaq. Atamız getsə onu öldürəcəklər. İmam Hüseyn (ə) bu sözü eşidəndə bərk ağladı. Bu vaxt Rüqəyyə (ə) səsləndi: Ata sənin getməyinə mane olmaram, amma səbr elə səni görüm. İmam Hüseyn (ə) onu qucağına aldı və susuzluqdan quruyan dodaqların öpdü. Bu vaxt o nazdanə səsləndi: -Ata çox susuzam, susuzluq ciyərimə od vurub. İmam Hüseyn (ə) ona buyurdu: -Xeymə kənarında otur, mən gedib sənə
... Ardini oxu »