Carsanba, 24.04.2024, 03:20
Xos galmisiniz Гость | RSS

Esmaul-Husna

Biz şiəyə demirik ki, birlik naminə sünni ol. Sünniyə də demirik ki, birlik naminə şiə ol. Lakin biz sünniyə deyirk ki, öz sünniliyində müsəlman ol, şiəyə də deyirk ki, öz şiəliyində müsəlman ol. Ey sünni! Səni eşitmək üçün şiənin sənə yaxınlaşmasını istəyirsənsə, qəlbini ona aç. Ey şiə! Əgər sünninin səni dinləməsini istəyirsənsə və dialoqda sənə imkan verməsini istəyirsənsə öz qəlbini ona aç. Qəlblər bir-birlərinə açıldıqları zaman onlar ağıla parlaq bir işarə verirlər ki, o da açılsın. Lakin biz həmişə bağlı və nifrət bəsləyən qəlblərə uymuşuq... Şiə məzhəbinin və ya sünni məzhəbinin öz içərisində ixtilafları olduğu kimi, məzhəblər arasında da əqidəvi və hüququ ixtilaflar var. Əgər İslama sadiq insanlarıqsa, İslamın möhkəm vücuduna nail olmaq üçün ciddi dialoqa başlamalıyıq." Ayətollah Seyyid Mühəmməd Hüseyn Fəzlullah
Saytin menyusu
Meqala-plus: an cox oxunan
Mini cat
Bizim sual
Saytimizi deyerlendirin
Cami cavab: 53
Statistika

Online cami : 1
Qonaqlar: 1
Istifadacilari 0
Azandan onca: 27
Meqala plus: 98
Quran mocuzalari: 20
Daxil olma qaydasi

Главная » 2010 » Avqust » 23 » Imam Huseynin nazdanəsi - Ruqayya
16:50
Imam Huseynin nazdanəsi - Ruqayya
Həzrət Rüqəyyə (ə) imam Hüseyn ibn Əlinin (ə) qızıdır. Onun anasının adı Ümmü İshaqdır. Həzrət Rüqəyyə (ə) 59-cu hicri qəməri ilində Mədinə şəhərində dünyaya gəldi və 61-ci hicri ilində atası ilə birlikdə Kərbəlaya səfər etdi. İmam Hüseyn (ə) həzrət Rüqəyyəni (ə) çox sevirdi və gecələr onu öz qucağında yatızdırırdı. Bəzi rəvayətlərdə gəlib: Aşura günü həzrət Səkinə (ə), üç yaşlı bacısına dedi: -Gəl atamızın ətəyindən tutaq və onu getməyə qoymayaq. Atamız getsə onu öldürəcəklər. İmam Hüseyn (ə) bu sözü eşidəndə bərk ağladı. Bu vaxt Rüqəyyə (ə) səsləndi: Ata sənin getməyinə mane olmaram, amma səbr elə səni görüm. İmam Hüseyn (ə) onu qucağına aldı və susuzluqdan quruyan dodaqların öpdü. Bu vaxt o nazdanə səsləndi: -Ata çox susuzam, susuzluq ciyərimə od vurub. İmam Hüseyn (ə) ona buyurdu: -Xeymə kənarında otur, mən gedib sənə su gətirim. İmam Hüseyn (ə) ayağa durub, meydana tərəf getmək istədi. Rüqəyyə (ə) yenə də atasının ətəyini tutub, ağlaya-ağlaya ded Atacan, hara gedirsən? Nə üçün bizdən ayrılırsan? İmam (ə), bir də o balanı qucağına aldı və sakitləşdirdi. Sonra qana dönmüş ürəklə ondan ayrıldı.( Həzrət Rüqəyyə (ə)", Şeyx Əli Fəlsəfi, səh.550. ) Kərbəla hadisəsindən və əhli beytin (ə) əsirliyindən sonra, bir gün Yezid, Şimrdən soruşdu: Sən Kərbəlada idin, Hüseynin (ə) halına ürəyin yanan bir vaxt oldu? Şimr dedi: (Neçə yerdə mənim ürəyim Hüseynin halına yanıb) Ürəyimi yandıran hallardan biri də bu zaman idi ki, imam Hüseyn (ə) son vidasında xeymənin qapısının kənarına gəldi. Balaca qızı, qolunu onun boynuna saldı. O, "vay atacan ” deyə qışqırdı və elə fəryad etdi ki, bütün aləmin ürəyini yandırdı. Hüseyn (ə), bu vaxt başını aşağı saldı və gözlərindən yaş axdı. O uşaq Hüseynə (ə) deyirdi: «Atacan, bizi Mədinəyə qaytar!»( Nehzəti Hüseyni" 1-ci cild, səh.124. ) Ata dayan, qoy səni doyunca görüm İmam Hüseyn (ə) hərəmləri ilə vidalaşıb, onlardan arxayın olduqdan və yaralarını bağladıqdan sonra döyüş meydanına yola düşdü. Bir qədər yol getmişdi ki, bu vaxt bir balaca qız, o həzrətin arxasınca qaçdı. İmam, qızın nə dediyini eşitmək üçün qulaq asdı. O qız belə deyirdi: Sənə mane olmaq istəmirəm, bir xahişim var. يا ابة ! مهلا توقف حتّي اتزود من نظري اليك Ata! َYavaş get, dayan, qoy səni doyunca görüm. İmam Hüseyn (ə) dayandı, o balaca qızı qucağına aldı və ona təsəlli verib, sakitləşdirdi.( Məvaizi Şuştəri", səh.140.) Düşmən əsgərlərindən biri olan, Hilal ibni Nafe deyir: Mən ön sıralarda dayanmaşdım. Gördüm, imam Hüseyn (ə), öz əhli beyti ilə vidalaşdıqdan sonra meydana tərəf gəlir. Bu vaxt bir balaca qız, xeymədən çıxdı, titrək addımlarla qaça-qaça imam Hüseynin (ə) ardınca gəldi və özünü o həzrətə çatdırdı, onun ətəyini tutub, səslədi: Atacan mənə bax! Mən susuzam! Ürək yandıran bu sözləri susuz bir uşağın dilindən eşitmək, imam Hüseynin (ə) yaralı ürəyinə duz səpmək kimi idi. Onun sözləri imam Hüseynə (ə) elə təsir etdi ki, ixtiyarsız gözlərindən yaş axdı. Yaşla dolu gözlərlə o qıza dedi: الله يسقيك فانه وکيلي Qızım sənin susuz olduğunu bilirəm. Allah səni sirab etsin. Çünki o mənim vəkilim və pənah yerimdir. Hilal deyir: Mən bu qızcığazın imam Hüseynin (ə) nəyi olduğunu soruşdum. Mənə cavab verdilər ki, o imam Hüseynin (ə) üç yaşlı qızı, Rüqəyyədir. Həzrət Rüqəyyə (ə) hər namaz vaxtı atasının səccadəsini sərərdi və o həzrət onun üstündə namazını qılardı. Aşura günü zöhr, yenə adəti üzrə atasının səccadəsini sərib, intizarla oturdu. Amma bir müddətdən sonra birdən Şimrin xeyməyə daxil olduğunu gördü. Rüqəyyə (ə) ondan soruşdu: Mənim atamı görməmisən? Şimr səccadənin kənarında atasının yolunu gözləyən qızı görən kimi öz qulamına dedi: Bu qızı vur! Qulam bu göstərişə əməl etmədi. Şimr(Allah ona lənət eləsin) özü qabağa gəlib, o nazdanənin surətinə belə sili vurdu ki, Allahın ərşi titrədi. Rəvayətdə gəlib: Ömər Sə’din qoşunu imam Hüseynin (ə) xeymələrinə od vurarkən iyirmi üç uşaq xeymədən çölə qaçdılar. Onlar susuzluğun şiddətindən və qorxularından titrəyirdilər. Suçular su məşglərini su ilə doldurub, uşaqlara və qadınlara apardılar. Onlar suyu əldən-ələ ötürərək, uşaqların arasında ən kiçiyi olan həzrət Rüqəyyəyə (ə) verdilər. Həzrət Rüqəyyə (ə) su qabını alıb, qətligaha tərəf yola düşdü. Ona dedilər: Hara gedirsən? Həzrət Rüqəyyə dedi: Atam döyüş meydanına gedəndə dodaqları susuzluqdan qurumuşdu. İstəyirəm bu suyu ona aparım, içsin.( Səməratul-həyat", 2-ci cild, səh.16. ) Əhli beyt (ə) əsirlərini məhmillərə mindirmək istərkən, Ömər Sə’d qoşununa, qadınları və uşaqları məhmillərə mindIrməyi əmr etdi. Amma imam Səccad (ə), o qeyrətullah və vəliyullah acıqla səsləndi: Ey Ömər, qoşununu geri çağır. Bu qadın və uşaqlar özləri bir-birlərini məhmilə mindirərlər, naməhrəm gözlər onları görməməlidir. Ömər Sə’d, qoşununa fəryad çəkdi: İsmət və təharət əhli beytinin (ə) hərimindən uzaq olun, onlar özləri bir-birlərini məhmillərə mindirsinlər. Naməhrəmlər uzaqlaşan kimi Zeynəb (ə) və Ümmü Gülsüm (ə), qadın və uşaqları məhmillərə səvar etdilər. Axırda özləri qaldı, onlar dayanıb, bir-birlərinə baxdılar. Zeynəb (ə) dedi: Bacı, Ümmü Gülsüm (ə) gəl mən sənə kömək edim, səvar ol. Ümmü Gülsüm (ə) dedi: Bəs sənə kim kömək edəcək? Bibi Zeynəb (ə) dedi: Bacı sən səvar ol, mən də səvar olacağam. Ümmü Gülsüm (ə) səvar oldu və bacısına üz tutub dedi: İndi necə səvar olacaqsan? Bacım, Ümmü Gülsüm, məni Mədinədən bura gətirən, özü səvar edəcəkdir. Sonra o, nəhri-Əlqəmə(Fərat çayına) tərəf üz çevirib, qardaşı Əbbası səslədi: Qardaşım Əbbas (ə)! Sən, qeyrət sahibi idin və sən məni məhmilə mindirib izzət və cəlal ilə gətirmişdin. İndi yenə səvar olmaq vaxtıdır, qalx, məni məhmilə səvar et. Çünki, Zeynəbin (ə) onu məhmilə səvar etməyə daha heç kimi yoxdur. Sonra qətligahə tərəf gedib, qardaşı Hüseyni (ə) səslədi: Hüseyncan, bacın getmək istəyir. Qardaş qalx, bacını məhmilə səvar et. Amma Hüseyncan, öz əlimdə deyil, məni sənin yanından məcbur aparırlar. Həzrət Zeynəb, özünü Hüseynin parə-parə olmuş bədəni üstə atmışdı və son vidanı edirdi. Bu vaxt Hüseynin nazdanəsinin səsi eşidildi: Ata, ata yerindən qalx gör, bibimi taziyanə ilə vururlar. يا ابتاه انظر الي عمتي" المضروبة" Rəvayət olub: Həzrət Rüqəyyə (ə) imam Hüseynin (ə) qana qərq olmuş bədəninin kənarında oturdu. O, gah atasının çiynindən tutub öpür, gah atasının barmaqlarını ürəyinin üstünə qoyur və gözlərinin üstünə çəkirdi. Rüqəyyə (ə) atasının qanını götürür, öz üzünə və tüklərinə çəkirdi. O, deyirdi: Ey ata! Sənin ölümün şəmatət edənlərin gözlərini işıqlandırdı və düşmənləri sevindirdi. Ata! Bəni Üməyyə uşaq yaşımda yetimlik paltarını mənə geyindirdilər. Atacan! Gecənin qaranlığı çökərkən mən kimə pənah aparım? Əgər susuzlasam kim mənə su verəcək? Atacan, bizim pozulmuş saçlarımıza, qəmli ürəklərimizə, taziyanə ilə döyülmüş bibimə və əsir olunmuş anama bax. Sonra həzrət Rüqəyyə (ə) buyurdu: Ey camaat! Bu gün getmək istəyirsinizsə, gedin və bu qadınları da özünüzlə aparın, amma məni atamın yanında qoyun. Çünki, mən kiçik bir uşağam və dəvəyə minməyə taqətim yoxdur. Mənimlə yaxşı rəftar edin və atamın qana qərq olmuş bədəninin yanında tənha qoyun ki, göz yaşlarımla və nalələrimlə atamın müsibətində əzadarlıq edim. Bu halda ölsəm də qanım sizin boynunuza olmaz. Daşürəkli düşmənlərdən biri, zorla həzrət Rüqəyyəni (ə) atasının pak bədəni üstündən qaldırdı. Rüqəyyə (ə) məzlumcasına atasının parə-parə olmuş bədəninə pənah apardı və o bədənə yapışdı. Amma o kafir, həzrət Rüqəyyəni (ə) çəkib, atasından uzaqlaşdırdı. Həzrət Rüqəyyə (ə) atasının parə-parə olmuş bədəninə xitab edib, dedi: Atacan! Səndən sonra gecə olarkən kim məndən himayət edəcək və məni qoruyacaq, keşiyimi çəkəcək? Ey mehriban ata! Düşmənlər mənim sırğamı və libaslarımı qarət etdilər. Ey ata! Bizim örtüksüz başlarımıza və yanmış ciyərlərimizə baxmırsanmı? Ey ata! Bibim, həzrət Zeynəbə, baxmırsanmı ki, düşmənlər onu taziyanə ilə nə qədər döyüblər? Ravi deyir: Onun bu nalələri bütün gözləri ağlatdı.( 200 dastan əz kəramat və məsayib həzrət Rüqəyyə (ə)", Əbbas Əzizi, səh.137. ) Yezidin qoşunu əsirləri və müqəddəs başları Şamın yaxınlığına gətirdilər və Şama dörd fərsəx qalmış dayandılar. Onlar məqsədlərinə çatdıqları üçün şadlıq edirdilər. Yezidə namə yazıb, əsirləri və müqəddəs başları gətirdiklərini və şəhərə daxil olmaq üçün onun əmrini gözlədiklərin xəbər verdilər. Əhli beytin (ə) halı çox ağır idi. Onlar Yezid ilə necə üzləşəcək və onun şəmatətlərinə, dil yaralarına necə dözəcəkdilər? Qasid, Yezidin yanına çatanda, o xəbis məl’un alnına dəsmal bağlamışdı və ayağını teştdə isti suya qoymuşdu, həkim də onu müalicə etməyə məşğul idi. Bir dəstə Bəni Üməyyə məclisdə oturub söhbət edirdilər. Qasid dedi: Gözün aydın, düşməninin başı şəhərə daxil oldu. Yezid məclis əhlini aldatmaq üçün zahirdə dedi: Sənin gözün aydın olmasın. Sonra göstəriş verdi ki, onu zindana salsınlar. Sonra Yezid əmr etdi ki, əhli beyti (ə) üç gün həmin yerdə saxlasınlar, ta şəhəri bəzəmək işi sona çatsın. Sonra əmr etdi ki, cəvahir və qiymətli daş-qaşlardan onun üçün tac və taxt düzəltsinlər, sərkərdələr, başçılar, və şəhərin ağsaqqalları saraya yığılsınlar, şəhər camaatı qoca və cavan, kişi və qadın, fəqir və varlı, gözəl və qiymətli libaslar geyinsinlər, qadınlar özlərinə zinət versinlər və bəzənsinlər. Heç kəs evdə qalmasın. Hamı çalğı aləti götürsün, təbillər çalsınlar, rəqqaslar oynasınlar. Əsirləri cəmiyyət çox olan məhəllə; "Saət" darvazasından gətirsinlər və şəhidlərin başını əsirlərin önündə gətirsinlər, əməvilər və yəhudilər yaşayan mərkəzlərdən keçirsinlər ki, darul-imarəyə çatan yol bir az uzaq olsun və bu məntəqələrin camaatı daha çox tə’nə vura bilsinlər(Riyazul-qüds ). Əhli beyti (ə) şəhidlərin kəsilmiş başları ilə birlikdə, içəri daxil olmağa icazə alana qədər Yezidin qəsrinin yanında saxladılar. Əvvəl, imam Hüseynin (ə) başını aparmağa məmur olan Zəcr ibn Qeys məl’un, icazə istədi və Yezidin yanına getdi. Sonra İmam Hüseynin (ə) əhli beytini boyun və ayaqlarında zəncir olan halda Yezidin məclisinə gətirdilər. (İlahi, taqətim kəsildi, bu nə müsibətdir. Ya imam Səccad! Ya Zeynəb! Ya Rüqəyyə!) Əhli beyt (ə) məclisə daxil olarkən, Yezid məl’un bu şeri oxudu: "Biz, Bədr döyüşündə öldürülənlərimizin sayı qədər, onların böyüklərini öldürdük." Şəhidlərin müqəddəs başlarını Yezidin məclisinə gətirərkən, şəhidlər sərvəri həzrət imam Hüseynin (ə) mübarək başını qızıl teştdə Yezidin qarşısına qoydular. Bütün ömrünü şərab içməkdə keçirən Yezid, bu halda da yenə şərabın məsti idi və öz düşməninin başını görəndə sevindi. Əlbəttə, həzrət Zeynəb (ə) öz məntiqli xütbəsi ilə Yezid və bütün yezidpərəstləri rüsvay etdi və əhli beyti (ə) onlara tanıtdırdı, hətta belə ki, bütün məclis əhli imam Hüseynin (ə) məzlumiyyətindən xəbərdar olub, ağladılar və bəziləri, hətta Yezidin öz arvadı, Yezidin əleyhinə qalxdılar, axırda Yezid rüsvay olduğunu görüb, bu işi öz boynundan atıb, ibn Ziyadı bu işdə təqsirləndirdi. İmam Hüseynin (ə) üç yaşlı nazdanəsi gecələrin birində aləmi-röyadə atasını görür. O xanım, yuxudan ayılıb atasını yanında görmədikdə ağlamağa başlayır. Ondan ağlamağının səbəbini soruşurlar, cavabında deyir: Atam haradadır? Mənim atamı, gözümün nurunu gətirin. Onlar bildilər ki, nazdanə atasını yuxuda görüb. Nə qədər təsəlli versələr də sakitləşdirə bilmədilər. Əhli beyt (ə) özləri də elə ağlamağa bəhanə axtarırdılar. Ona görə də gecənin sükutunu sındırıb, hamılıqla o qıza qoşulub, ağlamağa, nalə etməyə başladılar, öz üzlərinə sili vurub, saçlarını pərişan etdilər və başlarına torpaq tökdülər. Onların ağlamaq səsi o qədər ucaldı ki, lənətə gəlmiş Yezidin qulağına çatdı. Tahir ibn Əbdillah Dəməşqi deyir: Mən Yezidin (Allahın lə’nəti olsun ona) nədimi idim və çox gecələr onun üçün söhbət edib, başını qarışdırırdım. Bir gecə də yenə o məl’unun yanında idim. Gecədən bir qədər keçmişdi. Mənə dedi: Ey Tahir! Bu gecə vəhşət mənə qələbə edib, ürəyim döyünür, qüssə və hüznlə dolub. O qədər qəm-qüssəliyəm ki, oturmağa və söhbət etməyə taqətim yoxdur. Gəl başımı ətəyinə al və mənim keçmişimdən, pis işlərimdən danışma. Tahir deyir: Mən onun nəhs başını ətəyimə aldım. O məl’un yuxuya getdi. O vaxt, şəhidlər sərvəri, həzrət imam Hüseynin (ə) nurani başı qızıl teştdə bizim qarşımızda idi. Bir saatdan sonra imam Hüseynin (ə) hərəmlərinin xarabadan nalə səsləri ucaldı. Yezid məl’un yuxuda, mən isə qüssədə idim ki, bu nə zülmüdür, Yezid, Əbu Türab övladlarına etdi?! Teştə tərəf baxıb gördüm, imam Hüseynin (ə) gözlərindən yaş süzülür, təəccüb etdim! Sonra gördüm, o nurani baş, elə bil dörd zira’ ( təqribən iki metr) yuxarı qalxdı və mübarək dodaqları hərəkətə gəldi, o möcüzəli ağzından qəmli və zəif bir səs ucaldı, deyirdi: "اللهم هئولاء اولادنا و اکبادنا و هئولاء اصحابنا" "İlahi, bunlar mənim övladlarım, ciyərlərimdir və bunlar mənim səhabələrimdirdlər." Tahir deyir: Mən bu halı o həzrətdən müşahidə etdikdə qorxuya düşdüm və məni dəhşət götürdü, ağlamağa başladım. Yezidin(Allah ona lənət eləsin) imarətinin üstünə gəldim. Əsirlər saxlanılan xaraba onun arxasında idi. Elə bilirdim ki, Rəsulullahın (s) əhli beytindən biri dünyasını dəyişib və onun ölümü onların bu nalələrinə səbəb olub. Qəsrin üstünə çatdıqda gördüm, əhli beyt hamılıqla bir balaca qız uşağını araya alıblar. O qız başına torpaq tökür, nalə və fəğan edib, deyir:"يا عمتي و يا اخت ابي اين ابي اين ابي" "Ey bibi, ey atamın bacısı, atam haradadır, atam haradadır?" Onları çağırıb, soruşdum: Nə olub ağlayırsınız, nalə edirsiniz? Dedilər: Şəhidlər sərvərinin qızı atasını yuxuda görüb, ayılandan bəri bizdən atasını istəyir. Nə qədər təsəlli versək də, aram olmur. Tahir deyir: Mən bu dərdli halı müşahidə edəndə Yezidin(Allah ona lənət eləsin) yanına qayıtdım. O bədbəxt, Hüseyn ibn Əlinin (ə) başına tərəf baxır, qorxusundan öz-özünə söyüd yarpağı kimi titrəyirdi. Bu vaxt Hüseynin (ə) mübarək başı Yezidə tərəf baxıb, buyurdu: Ey Müaviyyənin oğlu, mən sənin haqqında nə pislik etmişdim ki, sən mənə bu zülmü etdin və əhli beytimə xarabada yer verdin? Sonra o həzrət, Allaha üz tutub dedi: "İlahi, Yeziddən mənə qarşı etdiyi rəftarın və əhli beytimə etdiyi zülmün intiqamını al!" Yezid, bunu eşidərkən bədəni lərzəyə düşdü, az qaldı ki, bəndləri bir-birindən ayrılsın. Sonra məndən əhli beytin (ə) ağlamaqlarının səbəbini soruşdu və Hüseynin (ə) başını o qıza göndərib, dedi: Bunu görəndən sonra bəlkə təsəlli tapa. Keşikçilər o həzrətin başını götürüb, xarabanın qapısına gəldilər. Əhli beyt (ə) bildilər ki, imam Hüseynin (ə) müqəddəs başını gətiriblər, ona görə də hamılıqla o başı qarşılamağa çıxdılar və imam Hüseynin (ə) başını onlardan alıb, yenidən matəm tutdular. Məxsusən, Zeynəbi Kübra (ə) pərvanə kimi, o mübarək başın dövrəsinə dolanırdı. O balaca qız, mübarək başı görən kimi soruşdu: Bu kimin başıdır? Dedilər: Bu atanın mübarək başıdır. O qız, atasının mübarək başını teştdən götürüb, bağrına basdı və ağlamağa başladı. O balaca qız, atasının mübarək başını qucağına alıb, ürək sözlərini, qəmlərini, yol boyu düşərgələrdə çəkdiyi müsibətləri... o başa deyirdi və atasının məzlumluğuna ağlayırdı: Atacan, kaş mən sənə fəda olurdum və sənin mübarək saqqalının qana boyanmasını görmürdüm. O məzlumə qız, dodaqlarını atasının dodaqlarına qoyub, o qədər ağladı ki, axırda huşdan getdi. Höccətül-islam Sədrəddin "Səmərətul-həyat" kitabında, öz sənədi ilə birlikdə gətirib: Həzrət Rüqəyyə öz dodağını atası Hüseynin (ə) dodağına qoydu və o həzrət (imam Hüseyn) buyurdu: اليي الي هلميي فانا لك با لانتظار "Ey gözümün nuru, gəl mənə tərəf, mənim gözüm sənin yolundadır." Bu vaxt, gördülər həzrət Rüqəyyə (ə) dünyadan gedib
Категория: Sehaba-plus | Просмотров: 1285 | Добавил: esmaul-husna | Рейтинг: 2.0/1
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Axtar
Azandan onca: an cox oxunan
Listen Quran Online
TvQuran
Saytin dostlari
  • DINIM.TK
  • DINIM.TK
  • Yaşam ve İnsanlar Yaşam ve İnsanlar Kataloq

    esmaul-husna saytlar qrupu© 2024