Bazar, 05.05.2024, 00:29
Xos galmisiniz Гость | RSS

Esmaul-Husna

Biz şiəyə demirik ki, birlik naminə sünni ol. Sünniyə də demirik ki, birlik naminə şiə ol. Lakin biz sünniyə deyirk ki, öz sünniliyində müsəlman ol, şiəyə də deyirk ki, öz şiəliyində müsəlman ol. Ey sünni! Səni eşitmək üçün şiənin sənə yaxınlaşmasını istəyirsənsə, qəlbini ona aç. Ey şiə! Əgər sünninin səni dinləməsini istəyirsənsə və dialoqda sənə imkan verməsini istəyirsənsə öz qəlbini ona aç. Qəlblər bir-birlərinə açıldıqları zaman onlar ağıla parlaq bir işarə verirlər ki, o da açılsın. Lakin biz həmişə bağlı və nifrət bəsləyən qəlblərə uymuşuq... Şiə məzhəbinin və ya sünni məzhəbinin öz içərisində ixtilafları olduğu kimi, məzhəblər arasında da əqidəvi və hüququ ixtilaflar var. Əgər İslama sadiq insanlarıqsa, İslamın möhkəm vücuduna nail olmaq üçün ciddi dialoqa başlamalıyıq." Ayətollah Seyyid Mühəmməd Hüseyn Fəzlullah
Saytin menyusu
Meqala-plus: an cox oxunan
Mini cat
Bizim sual
Saytimizi deyerlendirin
Cami cavab: 53
Statistika

Online cami : 1
Qonaqlar: 1
Istifadacilari 0
Azandan onca: 27
Meqala plus: 98
Quran mocuzalari: 20
Daxil olma qaydasi

Esas » Sehaba-plus
 
Хаnımlаr хаnımı Həzrəti Хədicənin (ə) аtаsı Хuvəyləd ibn Əsəd ibn Əbdul-üzzа ibn Qəsа ibn Kəlаb ibn Mürət ibn Lun ibn Ğаlib ibn Fəhrdir. Аnаsı Fаtimə bint Zаidə ibn Əsəmm ibn Rəvаhə ibn Həcər ibn Əbd ibn Məis ibn Аmir ibn Lun ibn Ğаlib ibn Fəhrdir. Хаnım Хəticə (ə) аtа tərəfdən üç, аnа tərəfdən isə səkkiz vаsitə ilə Pеyğəmbərlə (s) qоhumluq bаğındа birləşir. Хədicənin (ə) аtаsı Хuvеylid şücаətli və qəhrəmаn şəхslərdən оlub. Yəmən pаdışаhı Məkkədəki qаrа dаşı аpаrmаq üçün gəldikdə Хuvəylid оnа qаrşı qılınc çəkərək digər Qurеyşlilərlə bərаbər оnа qаrşı döyüşüb. Аnаsı  Fаtimə də fəzilətli qаdınlаrdаndır. О hənif dininə inаnırdır.
  Хаnım Хədicənin bir çох ləqəbləri vаr ki, bunlаrdаn; Siddiqə, Mübаrəkə, Möminlər аnаsı, Tаhirə, Хаnımlаr хаnımı, Rаziyyə, Mərziyyə, Zəkiyyə və sаi ... Ardini oxu »
Категория: Sehaba-plus | Просмотров: 932 | Добавил: esmaul-husna | Дата: 22.07.2010 | Комментарии (0)

Həzrət Məhəmməd peyğəmbərin (s) dünyaya gələn üç qızının ardınca Qasim və Abdullahın doğulması böyük sevincə səbəb olsa da, bu körpələr çox yaşamır. Onların kiçik yaşında ikən dünyalarını dəyişməsindən sonra yaşa dolmuş Xədicənin (e) yenə də qız övladı dünyaya gəlir! Həzrət Zəhranın doğumu əsnasında Allahın Peyğəmbəri (s) Xədicəyə belə buyurdu: «Indi Cəbaril mənə muştuluq verdi ki, pak və gül kimi bir qız uşağımız olacaqdır ki, bütün imam və məsum rəhbərlər onun nəslindən gələcək». Onun adını Fatimə (e) qoyurlar. Fatimə (e) Həzrət Peyğəmbərin (s) dördüncü və ən kiçik qızı idi. Həzrət Fatimə (s) besətdən (həzrət Məhəmmədin peyğəmbərliyə seçilməsindən) beş il sonra, Cəmadüs-sani ayının iyirmisində, cümə günü Məkkə şəhərində dünyaya göz açdı. O vaxtlar Qüreyş hələ Kəbənin binasını yenidən tikdirirdi.
  Oğullarının dünyasını dəyişməsilə düşmənlərindən sevimli peyğəmbərimizi sonsuz, nəsli artmayan adlandıranlar da oldu. Lakin Allah-Təala Fatimənin ... Ardini oxu »
Категория: Sehaba-plus | Просмотров: 707 | Добавил: esmaul-husna | Дата: 22.07.2010 | Комментарии (0)

 
 Hörmətli və köklü ailədən çıxmış dindar olan bu xanım daha sonra Ummul Bənin olaraq adlandırılacaqdı. Hz. Əli (ə.s.) ilə Ummul Bəninin övladlarının hər biri kamal və cəsarət örnəyi olaraq tanınırdılar. Fəqət Hz. Abbas (ə.s.) onların ən məhşuru idi.
  Hz. Abbasın (ə.s.) gözəl siması o həzrəti "Qəməri Bəni Haşim” (yəni, Haşimin oğullarının ayı) olaraq adlandırılmasına səbəb oldu. Uzun, səlvi boylu olması hər kəsin xoşuna gəlirdi. Çöhrəsindən ixlas, Allaha (c.c.) qulluq və fəzilətin ucalığı oxunurdu. Hz. Abbasın (ə.s.) dəyərli atası Hz. Əli (ə.s.) ilə bərabər keçirdiyi 14 il ona həyatın müxtəlif anlarında o həzrətin yüksək mərifət, eləcə də bilgisindən yararlanmaq imkanı yaradırdı. Həmçinin böyük qardaşları imam Həsən (ə.s.) və imam Hüseyn ... Ardini oxu »
Категория: Sehaba-plus | Просмотров: 821 | Добавил: esmaul-husna | Дата: 22.07.2010 | Комментарии (0)

 
Məkkə şəhərində Əbdul-Mənafın ailəsində yaşayış tərzi orta səviyyədə olan evdə, pak bir qız yaşayırdı. Onun paklığı və nuraniliyi hələ uşaqlıq və cavanlıq dövründən məsum çöhrəsindən hiss olunurdu. Heç kəs bilmirdi ki, o yaradılış aləminin ən böyük şəxsiyyətinin, yəni Muhəmmədin (s) anası olmağa layiq görüləcək.
  Əbdullah – əziz Peyğəmbərin (s) atası – Əbdul Mutəllibin övladlarından biri idi. O, mehriban üzlü, gözəl əxlaqlı misilsiz bir gənc idi. Xüsusilə nübuvvət nuru onun sülbündə yerləşdirildiyi vaxtdan alnında qeyri-adi parlaqlıq olardı. O dövrdə şərafətli ailələrin qızları Əbdullahın həyat yoldaşı olmağı özləri üçün iftixar bilirdilər. Amma pak, elmli və təcrübəli olan Əbdul-Mutəllib onların ... Ardini oxu »
Категория: Sehaba-plus | Просмотров: 693 | Добавил: esmaul-husna | Дата: 22.07.2010 | Комментарии (0)

« 1 2
Axtar
Azandan onca: an cox oxunan
Listen Quran Online
TvQuran
Saytin dostlari
  • DINIM.TK
  • DINIM.TK
  • Yaşam ve İnsanlar Yaşam ve İnsanlar Kataloq

    esmaul-husna saytlar qrupu© 2024