Mubarak Cuma, 29.03.2024, 12:45
Xos galmisiniz Гость | RSS

Esmaul-Husna

Biz şiəyə demirik ki, birlik naminə sünni ol. Sünniyə də demirik ki, birlik naminə şiə ol. Lakin biz sünniyə deyirk ki, öz sünniliyində müsəlman ol, şiəyə də deyirk ki, öz şiəliyində müsəlman ol. Ey sünni! Səni eşitmək üçün şiənin sənə yaxınlaşmasını istəyirsənsə, qəlbini ona aç. Ey şiə! Əgər sünninin səni dinləməsini istəyirsənsə və dialoqda sənə imkan verməsini istəyirsənsə öz qəlbini ona aç. Qəlblər bir-birlərinə açıldıqları zaman onlar ağıla parlaq bir işarə verirlər ki, o da açılsın. Lakin biz həmişə bağlı və nifrət bəsləyən qəlblərə uymuşuq... Şiə məzhəbinin və ya sünni məzhəbinin öz içərisində ixtilafları olduğu kimi, məzhəblər arasında da əqidəvi və hüququ ixtilaflar var. Əgər İslama sadiq insanlarıqsa, İslamın möhkəm vücuduna nail olmaq üçün ciddi dialoqa başlamalıyıq." Ayətollah Seyyid Mühəmməd Hüseyn Fəzlullah
Saytin menyusu
Meqala-plus: an cox oxunan
Mini cat
Bizim sual
Saytimizi deyerlendirin
Cami cavab: 53
Statistika

Online cami : 1
Qonaqlar: 1
Istifadacilari 0
Azandan onca: 27
Meqala plus: 98
Quran mocuzalari: 20
Daxil olma qaydasi

Главная » 2010 » Sentyabr » 27 » Islam olkalari Ermanistanin Azərbaycana təcavüzünü pislədi
16:43
Islam olkalari Ermanistanin Azərbaycana təcavüzünü pislədi
İKT üzv dövlətlərinin Xarici İşlər nazirlərinin sentyabrın 24-də Nyu-Yorkda baş katibi Ekmelledin İhsanoğlunun sədrliyi ilə keçirilən İllik Əlaqələndirici görüşündə müsəlman ölkələri üçün xüsusilə mühüm olan bir sıra problemlər müzakirə olunub. ANS PRESS-in "Regnum” informasiya agentliyinə istinadən verdiyi xəbərə görə, təşkilat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövzusunda çıxış edib. Bu mövzu üzrə yekun kommünikedə belə deyilir:

"İKT müşavirəsinin iştirakçıları Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyir və münaqişənin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində həllinə çağırır. Müşavirədə həmçinin məcburi demoqrafik dəyişikliklər, mülkiyyət hüququna müdaxilə, Dağlıq Qarabağ regionu və Azərbaycanın digər işğal olunmuş ərazilərində mədəni irs və müqəddəs yerlərin kifayət qədər müdafiə olunmamasından narahatçılığını ifadə edir. Və bununla əlaqədar olaraq Azərbaycanın, o cümlədən BMT Baş Assambleyası çərçivəsində Azərbaycanın işğal olunmuş ərazilərində insan haqları, beynəlxalq və beynəlxalq humanitar hüquq normalarına riayət olunmasına yönəldilmiş səylərinə öz prinsipial dəstəyini təsdiq edir".

Xatırladaq ki, İslam Konfransı Təşkilatı 1969-cu ildə yaradılıb və Fələstin Azadlıq Təşkilatı daxil olmaqla 57 ölkəni özündə birləşdirir. Baş qərargahı Ciddədə yerləşən İKT BMT yanında müşahidə statusuna malikdir və iştirakçı ölkələrinin sayına görə dünyada ikinci yeri tutur.
ans.az
Категория: News | Просмотров: 814 | Добавил: esmaul-husna | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Axtar
Azandan onca: an cox oxunan
Listen Quran Online
TvQuran
Saytin dostlari
  • DINIM.TK
  • DINIM.TK
  • Yaşam ve İnsanlar Yaşam ve İnsanlar Kataloq

    esmaul-husna saytlar qrupu© 2024