Saytımızın Qurani-Kərim bölməsinə yeni bir məqalə əlavə olunub. "Quranda səhv axtaran şərqşünas" adlı məqalə çox maraqlıdır. Bu məqalədə Quranda səhv axtaran bir şərqşünastın sonda necə müsəlman olmasından danışılır.
Səudiyyə Ərəbistanı Əhli Sünnə Cümə xətibi Şeyx Məhəmməd Səffar, İslam İnqilabı rəhbəri Ayətullah Xameneinin ən etibarlı fəqihlərdən biri və Əhli Beyt (ə) məktəbininin gözətçisi olduğunu bəyan edib.
İslam-Azeri.az İnternet qəzetinin "Fars Nyus"a istinadən verdiyi xəbərə görə, o, Ayətullah Xameneinin məlum fətvasıyla Peyğəmbərin (s) səhabələrinin təhqir edilməsinə qoyduğu qadağanı yüksək dəyərləndirib.
Şeyx Məhəmməd Səffar bu addımın şiə məzhəbinin möhkəm köklərindən irəli gəldiyini vurğulayıb.
Səudiyyə Ərəbistanının şeyxi bildirib ki, Ayətullah Xamenei əsla siyasəti dindən üstün tutmur. Onun sözlərinə görə, Əhli-sünnə alimləri Seyyid Xameneinin tutduğu mövqedən və verdiyi fətvalardan böyük məmnuniyyət duyurlar.