Cuma axsami, 18.04.2024, 10:07
Xos galmisiniz Гость | RSS

Esmaul-Husna

Biz şiəyə demirik ki, birlik naminə sünni ol. Sünniyə də demirik ki, birlik naminə şiə ol. Lakin biz sünniyə deyirk ki, öz sünniliyində müsəlman ol, şiəyə də deyirk ki, öz şiəliyində müsəlman ol. Ey sünni! Səni eşitmək üçün şiənin sənə yaxınlaşmasını istəyirsənsə, qəlbini ona aç. Ey şiə! Əgər sünninin səni dinləməsini istəyirsənsə və dialoqda sənə imkan verməsini istəyirsənsə öz qəlbini ona aç. Qəlblər bir-birlərinə açıldıqları zaman onlar ağıla parlaq bir işarə verirlər ki, o da açılsın. Lakin biz həmişə bağlı və nifrət bəsləyən qəlblərə uymuşuq... Şiə məzhəbinin və ya sünni məzhəbinin öz içərisində ixtilafları olduğu kimi, məzhəblər arasında da əqidəvi və hüququ ixtilaflar var. Əgər İslama sadiq insanlarıqsa, İslamın möhkəm vücuduna nail olmaq üçün ciddi dialoqa başlamalıyıq." Ayətollah Seyyid Mühəmməd Hüseyn Fəzlullah
Saytin menyusu
Meqala-plus: an cox oxunan
Mini cat
Bizim sual
Saytimizi deyerlendirin
Cami cavab: 53
Statistika

Online cami : 1
Qonaqlar: 1
Istifadacilari 0
Azandan onca: 27
Meqala plus: 98
Quran mocuzalari: 20
Daxil olma qaydasi

Esas » 2010 » Sentyabr » 06
"Ğafir” ("Momin”) surəsinin 63-cü ayəsində buyurulur: "Rəbbimiz buyurmuşdur: Məni cağırın, icabət edim (sizə cavab verim). Həqiqətən, mənə ibadət etməkdən boyun qaçıranlar tezliklə zəlil halda cəhənnəmə daxil olacaqlar.”
 İslam peyğəmbəri (s) buyurur: "Dua ibadətin məğzi və ruhudur”; "Dua möminin silahı, dinin sütunu, yerin və göyün nurudur.”
 Bütün varlığı ilə Allaha ehtiyaclı olan insan olmalıdır ki, Allah bir an nəzərini çəksə bütün kainat məhv olar. Dua edən insan öz yaradanını xatırlayır, acizliyini etiraf edib, Ondan kömək istəyir. Dua bütün müşküllərin açarıdır. İlk baxışdan düzəlməsi mümkün olmayan işlər, sağalmayan xəstəliklər həqiqi dua vasitə ... Ardini oxu »
Категория: Meqalalar | Просмотров: 1252 | Добавил: esmaul-husna | Дата: 06.09.2010 | Комментарии (0)

Saytimizin "Azandan onca" bolmasinin "Subh namazina neca qalxmali" bolmasina yeni meqala eava olunub. "Camaat namazinin ahamiyyati" adli movzu adindan da gorunduyu kimi camaat namazinin ahamiyyatindan danisir. Oxuyun va sarhlarinizi bildirin. 
Категория: Saytdaki yeniliklar | Просмотров: 788 | Добавил: esmaul-husna | Дата: 06.09.2010 | Комментарии (0)

Allahın yeganəliyinin isbatı ilə əlaqədar müxtəlif dəlillər mövcuddur. Biz onların birini şərh etməklə kifayətlənirik. Bu dəlilin başa düşülməsi üçün iki müqəddiməyə diqqət yetirmək lazımdır:
1. Hər bir nəticənin varlığı öz səbəbinə bağlıdır; başqa sözlə, səbəb-nəticə (determinizm) qanununa əsasən, hər bir məxluq və nəticə öz varlığını xaliqdən, yaradan səbəbdən alır. Əgər onların şərtlərə və istedadlara ehtiyacı olarsa, varlıqları da mütləq özünü yaradan səbəbə istinad etməlidir. Buna əsasən, əgər iki, ya ikidən çox varlıq bəxş edən səbəb fərz olunsa, onların hər bir nəticəsi öz səbəbinə bağlı olar və əsla başqa bir səbəbə, yaxud onun nəticələrinə bağlı olmaz. Beləliklə, onların nəticələri arasında əlaqə və ... Ardini oxu »
Категория: Esmaul-Husna | Просмотров: 787 | Добавил: esmaul-husna | Дата: 06.09.2010 | Комментарии (0)

Saytimiza yeni bir bolma elava olunub. Hrun Yahya TV adli bu bolma cox maraqlidir. Yaqin ki, hamimiz Harun Yahyanin "quran mocuzalari" kitabi va filmlari ila tanisiq. Tanis deyilsinizsa buyurun baxin.
Категория: Saytdaki yeniliklar | Просмотров: 690 | Добавил: esmaul-husna | Дата: 06.09.2010 | Комментарии (0)

İblis (əvvəllərdə) səma əhli ilə bir olub göy onların cərgəsində idi. O, altı min il Allaha ibadət etmişdi. Böyük Allah Həzrət Adəm (insanların atası) yaratdıqdan sonra insan xilqətinin əzəmətini qorumaq üçün bütün mələklərə və İblisə Adəmin qarşısında səcdə etmələrini əmr buyurdu. İblisdən başqa bütün göy əhli ona səcdə etdilər, lakin İblisi qürur tutdu. Şeytan öz əsl xilqətini xatırlamaqla özünü daha böyük bilib Adəmə dedi: "Mən oddan yaranmışam, sən isə palçıq və gildən.” Məhz elə bu təkəbbürlüyü Şeytanı Allah buyruğunu yerinə yetirməkdən saxladı, nəticədə bütün əməlləri puç və bəhrəsiz oldu. Həmçinin, Allah dərgahından qovula ... Ardini oxu »
Категория: Meqalalar | Просмотров: 766 | Добавил: esmaul-husna | Дата: 06.09.2010 | Комментарии (1)

Ağır və acı hadisələr müqabilində qəhrəmancasına dözüb səbir edən qadınlardan biri də Fironun həyat yoldaşı, Məzahimin qızı Həzrət Asiyədir. Allah-təala Qurani-Məciddə bu qadını mömin şəxslər üçün məsəl çəkir və onun örnək kimi yad edir. "Təhrim” surəsinin 11-ci ayəsində buyurulur: "Allah iman gətirənlərə Fironun zövcəsini məsəl çəkir. Bir zaman o: "Ey Rəbbim! Mənim üçün Cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən qurtar. Məni zalım qövmdən xilas et” demişdi”. Bu qadın Fironun həyat yoldaşı olaraq sarayda, ləl-cəvahirat və bər-bəzək içində yaşasa da, heç vaxt bunlara aldanmadı. Xəlvətdə Musaya (ə) və Allaha iman gətirdi. Musanı (ə) uşaqlıq dövründə sudan götürdü və onu doğma anadan da yaxşı himayə etdi, heç vaxt qoymadı ki, ona bir zərər dəysin. Bu ... Ardini oxu »
Категория: Sehaba-plus | Просмотров: 800 | Добавил: esmaul-husna | Дата: 06.09.2010 | Комментарии (0)

Ümmü Səlim Məkkədə İslamı qəbul edən tənha qadın idi. O, İslama vəfalı olan bir müsəlman kimi vəzifəsini yerinə yetirirdi. Əri vəfat etdiyi üçün Mədinədən Əbu Təlhə Ənsari adlı bir cavan oğlan ona elçilik etdi. Əbu Təlhə gözəl oğlan və hörmətli ailədən idi. Ancaq hələ İslamı qəbul etməmişdi. Ümmü Səlim çox istəyərdi ki, Əbu Təlhə onun həyat yoldaşı olsun. Lakin onun elçiliyinə qətiyyətlə rədd cavab verdi və dedi: "Bu şərtlə sənin həyat yoldaşın olaram ki, müsəlman olasan”. Onunla bütpərəstliyin əsassız olması barəsində söhbət etdi. Bundan sonra Əbu Təlhə müsəlman oldu və Ümmü Səlim onunla ailə qurdu. Maraqlısı budur ki, Ümmü Səlim öz mehriyyəsini Əbu Təlhənin İslamı qəbul etməsini təyin etdi. Bir müddətdən sonra onların oğlu oldu və bu uşağa çox məhəbbət bə ... Ardini oxu »
Категория: Sehaba-plus | Просмотров: 802 | Добавил: esmaul-husna | Дата: 06.09.2010 | Комментарии (0)

Axtar
Azandan onca: an cox oxunan
Listen Quran Online
TvQuran
Saytin dostlari
  • DINIM.TK
  • DINIM.TK
  • Yaşam ve İnsanlar Yaşam ve İnsanlar Kataloq

    esmaul-husna saytlar qrupu© 2024