Mubarak Cuma, 26.04.2024, 21:10
Xos galmisiniz Гость | RSS

Esmaul-Husna

Biz şiəyə demirik ki, birlik naminə sünni ol. Sünniyə də demirik ki, birlik naminə şiə ol. Lakin biz sünniyə deyirk ki, öz sünniliyində müsəlman ol, şiəyə də deyirk ki, öz şiəliyində müsəlman ol. Ey sünni! Səni eşitmək üçün şiənin sənə yaxınlaşmasını istəyirsənsə, qəlbini ona aç. Ey şiə! Əgər sünninin səni dinləməsini istəyirsənsə və dialoqda sənə imkan verməsini istəyirsənsə öz qəlbini ona aç. Qəlblər bir-birlərinə açıldıqları zaman onlar ağıla parlaq bir işarə verirlər ki, o da açılsın. Lakin biz həmişə bağlı və nifrət bəsləyən qəlblərə uymuşuq... Şiə məzhəbinin və ya sünni məzhəbinin öz içərisində ixtilafları olduğu kimi, məzhəblər arasında da əqidəvi və hüququ ixtilaflar var. Əgər İslama sadiq insanlarıqsa, İslamın möhkəm vücuduna nail olmaq üçün ciddi dialoqa başlamalıyıq." Ayətollah Seyyid Mühəmməd Hüseyn Fəzlullah
Saytin menyusu
Meqala-plus: an cox oxunan
Mini cat
Bizim sual
Saytimizi deyerlendirin
Cami cavab: 53
Statistika

Online cami : 1
Qonaqlar: 1
Istifadacilari 0
Azandan onca: 27
Meqala plus: 98
Quran mocuzalari: 20
Daxil olma qaydasi

Главная » 2010 » Sentyabr » 6 » Ummu Salama
09:33
Ummu Salama
Ümmü Səlim Məkkədə İslamı qəbul edən tənha qadın idi. O, İslama vəfalı olan bir müsəlman kimi vəzifəsini yerinə yetirirdi. Əri vəfat etdiyi üçün Mədinədən Əbu Təlhə Ənsari adlı bir cavan oğlan ona elçilik etdi. Əbu Təlhə gözəl oğlan və hörmətli ailədən idi. Ancaq hələ İslamı qəbul etməmişdi. Ümmü Səlim çox istəyərdi ki, Əbu Təlhə onun həyat yoldaşı olsun. Lakin onun elçiliyinə qətiyyətlə rədd cavab verdi və dedi: "Bu şərtlə sənin həyat yoldaşın olaram ki, müsəlman olasan”. Onunla bütpərəstliyin əsassız olması barəsində söhbət etdi. Bundan sonra Əbu Təlhə müsəlman oldu və Ümmü Səlim onunla ailə qurdu. Maraqlısı budur ki, Ümmü Səlim öz mehriyyəsini Əbu Təlhənin İslamı qəbul etməsini təyin etdi. Bir müddətdən sonra onların oğlu oldu və bu uşağa çox məhəbbət bəsləyirdilər. Amma bir gün Əbu Təlhə mənzildə olmayanda uşaq xəstələnərək dünyadan getdi. Ümmü Səlim onu bir parçaya büküb otağın küncünə qoydu. Əbu Təlhə evə gələndə, Ümmü Səlim uşağın öldüyünü bildirmədən, hazırladığı ləziz yeməyi ərinin qabağına qoydu. Əbu Təlhə uşağın əhvalını soruşdu. Ümmü Səlim dedi: "O yatıb, yeməyini ye”. Ümmü Səlim təbəssüm və şirin sözlərlə ərini sevincə qərq etdikdən sonra ona dedi: "Doğrusu, bir neçə müddət olar ki, sənin yanında bir əmanət var idi. Bu gün onu sahibinə qaytardım. Daha nigaran olmazsan?” Əbu Təlhə dedi: "Niyə nigaranam? Əmanət gərək sahibinə qaytarılsın”. Ümmü Səlim bildirdi: "Allah istədi ki, mənə və sənə əmanət verdiyi övladı bu gün bizdən alsın”. Əbu Təlhə düşüncəli həyat yoldaşının səbirinə, rəftar tərzinə və Allaha təvəkkül etməsinə təəccüb edərək dedi: "Sənin əvəzində mən səbirli və dözümlü olmalıyam”. Ayağa qalxıb uşağa qüsl verdi, kəfənləyərək dəfn etdi. Sonra Rəsulullahın (s) hüzuruna gəlib oğlunun vəfatını və həyat yoldaşının rəftarını danışdı. Peyğəmbər (s) dua etdikdən sonra buyurdu: "Allaha şükür edirəm ki, mənim ümmətim arasında Bəni İsrailin dözümlü qadını kimi qadın vardır”. Bir şəxs soruşdu: "O qadının əhvalatı necədir?” Peyğəmbər (s) buyurdu: "Bəni İsraildə iki uşağı olan ailə var idi. Bir gün onlar bir neçə nəfəri qonaq dəvət etdilər. Kişi eşikdə idi, qadın isə mətbəxdə məşğul idi. Sonra kişi ilə qonaqlar evə daxil oldular. Bu arada, çöldə oynayan həmin iki oğlan uşağı quyuya düşdü. Qadın ərini və qonaqları xəbərdar etmədən uşaqları ölmüş halda quyudan çıxartdı. Onları parçaya büküb bir kənara qoydu. Qonaqlar gedəndən sonra bəzəyib ərinin yanına gəldi və xoş rəftar, şirin sözlərlə onu bu acı xəbərə hazırladı. Əri uşaqlarını soruşdu və onları səslədi. Birdən ölmüş həmin iki uşaq Allahın əmri ilə qadının səbirli olmağına xatir dirilib ata-anasının yanına gəldilər”. Ümmü Səlimin göstərdiyi digər fədakarlığı sizə təqdim edirik: Peyğəmbər (s) Mədinəyə hicrət etdikdən sonra bir gün Əbu Təlhənin mənzilinə daxil oldu. Ümmü Səlim Peyğəmbəri (s) yaxşı qarşılamaq üçün dünya malından heç nəyi olmadığı üçün (əvvəlki ərindən olan) Ənəs adlı on yaşlı oğlunu Peyğəmbərin (s) hüzuruna gətirdi və ərz etdi: "Ya Rəsulullah! Bu oğlanı sizə xidmətçi gətirmişəm. Sizə layiq olmasa da, qəbul edin və onun haqqında dua edin”. Peyğəmbər (s) ona dua etdi və Peyğəmbərin (s) bu duası Ənəsin çoxlu övlad və var-dövlət sahibi olmasına səbəb oldu. O, hicri 91-ci ildə Bəsrədə dünyasını dəyişdi. Ümmü Səlim Hüneyn döyüşündə də iştirak etmişdi. O əlinə xəncər götürüb Peyğəmbərə (s) zərər toxunmaması üçün onu qoruyurdu. Əbu Təlhə bu macəranı Peyğəmbərə (s) dedi. Rəsulullah (s) buyurdu: "Bəli, bilirəm. Qoy qalsın. Ümmü Səlim xəncəri ona görə əlinə götürüb ki, əgər bizə düşmən yaxınlaşarsa, onun qarnını yırtsın”.
Категория: Sehaba-plus | Просмотров: 805 | Добавил: esmaul-husna | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Axtar
Azandan onca: an cox oxunan
Listen Quran Online
TvQuran
Saytin dostlari
  • DINIM.TK
  • DINIM.TK
  • Yaşam ve İnsanlar Yaşam ve İnsanlar Kataloq

    esmaul-husna saytlar qrupu© 2024