Cuma axsami, 25.04.2024, 03:24
Xos galmisiniz Гость | RSS

Esmaul-Husna

Biz şiəyə demirik ki, birlik naminə sünni ol. Sünniyə də demirik ki, birlik naminə şiə ol. Lakin biz sünniyə deyirk ki, öz sünniliyində müsəlman ol, şiəyə də deyirk ki, öz şiəliyində müsəlman ol. Ey sünni! Səni eşitmək üçün şiənin sənə yaxınlaşmasını istəyirsənsə, qəlbini ona aç. Ey şiə! Əgər sünninin səni dinləməsini istəyirsənsə və dialoqda sənə imkan verməsini istəyirsənsə öz qəlbini ona aç. Qəlblər bir-birlərinə açıldıqları zaman onlar ağıla parlaq bir işarə verirlər ki, o da açılsın. Lakin biz həmişə bağlı və nifrət bəsləyən qəlblərə uymuşuq... Şiə məzhəbinin və ya sünni məzhəbinin öz içərisində ixtilafları olduğu kimi, məzhəblər arasında da əqidəvi və hüququ ixtilaflar var. Əgər İslama sadiq insanlarıqsa, İslamın möhkəm vücuduna nail olmaq üçün ciddi dialoqa başlamalıyıq." Ayətollah Seyyid Mühəmməd Hüseyn Fəzlullah
Saytin menyusu
Meqala-plus: an cox oxunan
Mini cat
Bizim sual
Saytimizi deyerlendirin
Cami cavab: 53
Statistika

Online cami : 1
Qonaqlar: 1
Istifadacilari 0
Azandan onca: 27
Meqala plus: 98
Quran mocuzalari: 20
Daxil olma qaydasi

Каталог статей

Главная » Статьи » Subh namazina neca qalxmali

Camaat namazinin ahamiyyati
Cəbrayılın arzusu:
 Peyğəmbər Əkrəm (c) buyurdu: "Yeddi əməli yerinə yetirmək üçün Cəbrayıl arzu etdi ki, kaş oda Adəm övladlarından olaydı. O əməllərdən biri camaat namazı qılmaqdır.”
Camaat namazına eşq bəsləmək:
 Rəbi ibn Xeysəm fələc xəstəliyinə tutulmasına baxmayaraq, camaat namazından qalmırdı. Hər gün onun əlindən tuturdular və o, ayaqlarını sürüyə-sürüyə özünü camaat namazına çatdırırdı. Bir nəfər ona dedi: "Əgər evdə namaz qılsan sənin üçün daha yaxşı olar. Bu qədər çətinlik çəkməzsən”. Rəbi dedi: "Gedəndə əziyyət olmasına baxmayaraq, hər kəs "Həyyə ələs-səlah” kəlməsini eşitdikdə onu qəbul etməlidir”.
Azan deyənə cavab vermək.
 Allahın rəsulu, (c) buyurdu: Elə ki, müəzzin "Əşhədu ənla ilahə illəllah”, deyir Allah-taala buyurur: "Ey Məhəmmədin ümməti harda olsanız bir neçə camaat namazına məşğul olun”.
Loğmanın sifarişi:
 Loğman övladına dedi: "Oğlum! Əgər nizənin üstündə də olsa belə namazı camaatla qıl!”
 Çətin halda camaat namazı:
Peyğəmbəri Əkrəm (c) can verən halda idi. Mədinənin müəzzini Bilalın səsi eşidildi. Sübh azanı Mədinədə başlandı. Allahın rəsulu (c) qalxıb dəstəmaz aldı. Bir əlini həzrət Əlinin (ə) və o biri əlini Fəzl ibni Abbasın çiyninə qoyub çox çətinliklə məscidə gəldi. Sübh namazını camaatla birlikdə qılıb evə döndülər.
Camaat namazına tələsmək:
 Müsəlmanlardan bir nəfər tələsik halda peyğəmbərin məscidinə tərəf gəldi ki O, həzrətin camaat namazında iştirak etsin. O, məscidə çatan vaxt gördü ki, artıq camaat məsciddən çıxır. O bir nəfərdən soruşdu: "Niyə məsciddən çıxırsınız?” Dedilər ki, namaz qurtarıb. Gecikən kişi dərindən ah çəkib əfsuslandı ki, niyə camaat namazına çata bilmədi. Müsəlmanlardan bir kişi ona dedi: "Sən o yanıqlı ahı mənə bağışla və mən camaat namazımı sənə verim.” Gecikən kişi razılaşdı. (burada gecikən kişi öz ahına qürurlanmadı) Həmin gecə yuxuda gördü ki, bir nəfər ona deyir: "Xoş sənin ruhani halına ki, yanıqlı ahı verib, həyat suyu və şəfa tapdın. Ahın müqabilində başqa şəxsdən alınan namaz məsciddə olanların namazından tez Allah yanında qəbul olundu.
Həzrət Məhdi (əc) imaməti ilə camaat namazı:
Həzrət İsa (ə) həzrət Məhdi (əc) tərəfdarlarına qoşulandan sonra, Həzrət Məhdi (əc) O, həzrətə deyəcək: "Qabağa dur və camaat ilə namaz qıl!” (yəni imam camaat ol). Amma həzrət İsa (ə)deyəcək: "Namaz sənin üçün iqamə olub.” Buna görə həzrət Məhdinin (əc) arxasında dayanıb namaz qılıb və ondan beyət edəcək
Категория: Subh namazina neca qalxmali | Добавил: esmaul-husna (06.09.2010)
Просмотров: 1029 | Комментарии: 1 | Рейтинг: 0.0/0
Всего комментариев: 1
1 isa  
0
ALLAH RAZİ OLSUN QELBEN QİLAQ

Имя *:
Email *:
Код *:
Axtar
Azandan onca: an cox oxunan
Listen Quran Online
TvQuran
Saytin dostlari
  • DINIM.TK
  • DINIM.TK
  • Yaşam ve İnsanlar Yaşam ve İnsanlar Kataloq

    esmaul-husna saytlar qrupu© 2024