Cuma axsami, 25.04.2024, 04:13
Xos galmisiniz Гость | RSS

Esmaul-Husna

Biz şiəyə demirik ki, birlik naminə sünni ol. Sünniyə də demirik ki, birlik naminə şiə ol. Lakin biz sünniyə deyirk ki, öz sünniliyində müsəlman ol, şiəyə də deyirk ki, öz şiəliyində müsəlman ol. Ey sünni! Səni eşitmək üçün şiənin sənə yaxınlaşmasını istəyirsənsə, qəlbini ona aç. Ey şiə! Əgər sünninin səni dinləməsini istəyirsənsə və dialoqda sənə imkan verməsini istəyirsənsə öz qəlbini ona aç. Qəlblər bir-birlərinə açıldıqları zaman onlar ağıla parlaq bir işarə verirlər ki, o da açılsın. Lakin biz həmişə bağlı və nifrət bəsləyən qəlblərə uymuşuq... Şiə məzhəbinin və ya sünni məzhəbinin öz içərisində ixtilafları olduğu kimi, məzhəblər arasında da əqidəvi və hüququ ixtilaflar var. Əgər İslama sadiq insanlarıqsa, İslamın möhkəm vücuduna nail olmaq üçün ciddi dialoqa başlamalıyıq." Ayətollah Seyyid Mühəmməd Hüseyn Fəzlullah
Saytin menyusu
Meqala-plus: an cox oxunan
Mini cat
Bizim sual
Saytimizi deyerlendirin
Cami cavab: 53
Statistika

Online cami : 1
Qonaqlar: 1
Istifadacilari 0
Azandan onca: 27
Meqala plus: 98
Quran mocuzalari: 20
Daxil olma qaydasi

Каталог статей

Главная » Статьи » Subh namazina neca qalxmali

Ailada namaz


Ailədə namaz
Ailə ictimaiyyətin təməl daşı hesab olunur. Əgər bu təməl daşı sağlam və düzgün ailə tərbiyəsi əsasında qoyularsa, pak bir mühitin ərsəyə gəlməsinə zəmin olacaq. Amma, əgər ailədə təlim-tərbiyə sönük və puç əxlaqi prinsiplərə əsaslanarsa, təbii ki, qeyri-insani bir cəmiyyətin formalaşmasına səbəb olacaqdır. Övladlarının dinin qarşıya qoyduğu əxlaqı dəyərlər əsasında tərbiyə olunmasını istəyən şəxs ilk olaraq özü dini vacibatları icra edib, sonra uşaqlarını da bu gözəl işə cəlb etməlidir.
Ailədə valideynin ümdə vəzifələrindən biri də övladlarına namaz öyrətməkdi. Çünki, Qurani-kərimin dəfələrlə təkid etdiyi namaz insanı fəsad və pozğunluqlardan uzaq tutur və onların dünya və axirət səadətini təmin edir.
Kimliyindən asılı olmayaraq namaz bütün ailələrdə, hətta Peyğəmbərin (s) evində bərpa olunmalıdır. Allah Qurani-kərimdə İslam peyğəmbərinə (s) buyurur:
وَأْمُرْ أَهْلَكَ بِالصَّلوةِ وَاصْطَبِرْ عَلَيْهَا لَا نَسْأَلُكَ رِزْقًا نَّحْنُ نَرْزُقُكَ وَالْعَاقِبَةُ لِلتَّقْوَى
"Əhlinə (əhli-beytə və ümmətinə) namaz qılmağı əmr et, özün də ona (namaza) səbirlə davam et (yaxud məişət çətinliklərinə döz). Biz səndən ruzi istəmirik, (əksinə) sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqva sahiblərinindir (müttəqilərindir)!”
Həmçinin, Qurani-kərimdə həzrət İsmayılın (ə) ailəsinə namaz qılmağı əmr etməsinə şahid olururq.
وَكَانَ يَأْمُرُ أَهْلَهُ بِالصَّلوةِ وَالزَّكَوةِ وَكَانَ عِندَ رَبِّهِ مَرْضِيًّا
"O öz ailəsinə namaz qılmağı, zəkat verməyi əmr edirdi. O, Rəbbinin rizasını qazanmışdı. (İsmayılın əməli Allah dərgahında bəyənilmişdi)”.
Qurani-kərimdə həkim kimi tanıtdırılan, oğlunu əxlaqi dəyərlərə sövq edən həzrət Loğman (ə) ilk olaraq övladını namaza dəvət edir, sonra digər vacib əməllərin icrasını ondan tələb edir.
يَا بُنَيَّ أَقِمِ الصَّلَاةَ وَأْمُرْ بِالْمَعْرُوفِ وَانْهَ عَنِ الْمُنكَرِ وَاصْبِرْ عَلَى مَا أَصَابَكَ إِنَّ ذَلِكَ مِنْ عَزْمِ الْأُمُورِ
"Oğlum! Namaz qıl, (insanlara) yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. (Bu yolda) sənə üz verəcək müsibətlərə döz. Həqiqətən, bu (dediklərim) vacib əməllərdəndir!”
Bütün valideynlər övladlarının bu vacib əməli yerinə yetirmələri üçün çalışmalı və Allaha, Əhli-beytə (ə) bu işin tezliklə həyata keçməsi üçün dua etməlidirlər. Necə ki, İbrahim Xəlilullah (ə) ailəsinin namaz əhli olması üçün dua edərək buyurur:
رَبِّ اجْعَلْنِي مُقِيمَ الصَّلوةِ وَمِن ذُرِّيَّتِي رَبَّنَا وَتَقَبَّلْ دُعَاءِ
"Ey Rəbbim! Məni də, nəslimdən olanları da (vaxtlı-vaxtında, lazımınca) namaz qılan et. Ey Rəbbimiz! Duamı qəbul et!”
İslam peyğəmbəri (s) uşaqlar yeddı yaşına yetdiyi zaman onlara namazın öyrədilməsinin məsləhət olduğunu buyurur:
"Övladlarınız yeddi yaşına çatdığı zaman onlara namazı öyrədin”.

Категория: Subh namazina neca qalxmali | Добавил: esmaul-husna (05.09.2010)
Просмотров: 946 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Axtar
Azandan onca: an cox oxunan
Listen Quran Online
TvQuran
Saytin dostlari
  • DINIM.TK
  • DINIM.TK
  • Yaşam ve İnsanlar Yaşam ve İnsanlar Kataloq

    esmaul-husna saytlar qrupu© 2024