Mubarak Cuma, 26.04.2024, 02:23
Xos galmisiniz Гость | RSS

Esmaul-Husna

Biz şiəyə demirik ki, birlik naminə sünni ol. Sünniyə də demirik ki, birlik naminə şiə ol. Lakin biz sünniyə deyirk ki, öz sünniliyində müsəlman ol, şiəyə də deyirk ki, öz şiəliyində müsəlman ol. Ey sünni! Səni eşitmək üçün şiənin sənə yaxınlaşmasını istəyirsənsə, qəlbini ona aç. Ey şiə! Əgər sünninin səni dinləməsini istəyirsənsə və dialoqda sənə imkan verməsini istəyirsənsə öz qəlbini ona aç. Qəlblər bir-birlərinə açıldıqları zaman onlar ağıla parlaq bir işarə verirlər ki, o da açılsın. Lakin biz həmişə bağlı və nifrət bəsləyən qəlblərə uymuşuq... Şiə məzhəbinin və ya sünni məzhəbinin öz içərisində ixtilafları olduğu kimi, məzhəblər arasında da əqidəvi və hüququ ixtilaflar var. Əgər İslama sadiq insanlarıqsa, İslamın möhkəm vücuduna nail olmaq üçün ciddi dialoqa başlamalıyıq." Ayətollah Seyyid Mühəmməd Hüseyn Fəzlullah
Saytin menyusu
Meqala-plus: an cox oxunan
Mini cat
Bizim sual
Saytimizi deyerlendirin
Cami cavab: 53
Statistika

Online cami : 1
Qonaqlar: 1
Istifadacilari 0
Azandan onca: 27
Meqala plus: 98
Quran mocuzalari: 20
Daxil olma qaydasi

Главная » 2010 » Iyul » 22 » Xanimlar xanimi - Fatimeyi-Zahra(e)
00:14
Xanimlar xanimi - Fatimeyi-Zahra(e)
Həzrət Məhəmməd peyğəmbərin (s) dünyaya gələn üç qızının ardınca Qasim və Abdullahın doğulması böyük sevincə səbəb olsa da, bu körpələr çox yaşamır. Onların kiçik yaşında ikən dünyalarını dəyişməsindən sonra yaşa dolmuş Xədicənin (e) yenə də qız övladı dünyaya gəlir! Həzrət Zəhranın doğumu əsnasında Allahın Peyğəmbəri (s) Xədicəyə belə buyurdu: «Indi Cəbaril mənə muştuluq verdi ki, pak və gül kimi bir qız uşağımız olacaqdır ki, bütün imam və məsum rəhbərlər onun nəslindən gələcək». Onun adını Fatimə (e) qoyurlar. Fatimə (e) Həzrət Peyğəmbərin (s) dördüncü və ən kiçik qızı idi. Həzrət Fatimə (s) besətdən (həzrət Məhəmmədin peyğəmbərliyə seçilməsindən) beş il sonra, Cəmadüs-sani ayının iyirmisində, cümə günü Məkkə şəhərində dünyaya göz açdı. O vaxtlar Qüreyş hələ Kəbənin binasını yenidən tikdirirdi.
  Oğullarının dünyasını dəyişməsilə düşmənlərindən sevimli peyğəmbərimizi sonsuz, nəsli artmayan adlandıranlar da oldu. Lakin Allah-Təala Fatimənin dünyaya gəlişilə «Kövsər» sürəsini nazil etdi və belə buyurdu: «Rəhman və Rəhim olan Allahın Adı ilə! Həqiqətən, biz sənə Kövsər bəxş etdik. Ona görə də Rəbbin üçün namaz qıl və qurban kəs! Düşmənin özü əbtər, sonsuzdur!» Peyğəmbər ailəsinin iftixarına sahib olan bu qız övladı - oğulun canişinlik taxtına oturur və qız uşağına qarşı cəmiyyətdə formalaşmış stereotipləri kökündən məhv edir. Bir cəmiyyətdə ki, qız uşaqları diri-diri basdırılmaqla paklanır, bir cəmiyyətdə ki, qızlar dəyərsiz bir məxluq kimi qəbul edilir, Fatimə (e) günəş tək parlayır, nur saçır. O (e) öz ailəsinə sevinc bəxş edir dünyaya gəlişilə... Fatimənin(e) körpəliyi tufanlar içində keçir və atasının peyğəmbərlik missiyası kimi ülvi bir öhdəliyin çarpışmaları dövrünə təsadüf edirdi. Fatimə,(e) atasının məhəbbətlə dolu, mehriban çağırışlarına ətrafdakıların istehza ilə yanaşmasının şahidi olur. Bir gün Kəbə kənarında səcdə halında olan Peyğəmbərin (s) başına qoyun içalatı atırlar. Körpə Fatimə (e) dərhal özünü atasına çatdırıb, kiçik incə əllərilə onun nurlu üzünü təmizləyir, nəvaziş göstərib, əlindən tutur və onlar birlikdə evə qayıdırlar. Fatimə (e) sanki çətinliyə düşmüş övladına qayğı göstərirmiş kimi, peyğəmbərə qayğı göstərir və bu səhnəni gərənlər, kiçik qız uşağının atasına sədaqətinin şahidi olanlar ona «ummi-əbiha», yəni «atasının anası» ləqəbini verirlər. Kiçik yaşlı Fatimə (e) kiçik yaşlarında ikən anasını itirmiş həzrət Məhəmmədə həm də bir ana olur və peyğəmbərimiz ömrünün sonunadək daim ondan öz anasının ətrini alır... Zaman keçdikcə Fatimə (e) hiss edir ki, onun qarşısında ciddi vəzifələr dayanır. Artıq bu öhdəliklər uşaq arzusu deyil! Fatimə (e) öz dərin imanı və təqvasıyla Peyğəmbər (s) yardımçısı olmağa layiqli bir övlad olur. Onun məsuliyyətini ata-anası da, ətrafdakılar da hiss edir. Hələ kiçik yaşlarından o öz mənəvi keyfiyyətlərilə ətrafdakılara nümunə olmağı bacarır və Islama iman gətirmiş hər bir kəsin sevimlisinə çevrilir. Fatimə (e) Peyğəmbərimizin (s) əmisi oğlu Əli (e) ilə bir yerdə böyüyür. Hər iki gənc ilahi vəhy nurunda tərbiyə alır, dövrün cəhalətə və mənəviyyatsızlığa bulaşmır ab-havasından daim uzaq olurlar. Nəhayət Əli (e) Fatimə (e) ilə bəşəriyyət üçün nümunə olacaq bir ailə qurur. Həzrət peyğəmbər (s) qızı Fatiməyə (e) belə buyurur: «Səni imanda ən güclü, elmdə ən bilikli, əxlaqda ən gözəl və ən uca ruhlu bir kəsin yanında əmanət qoyub gedirəm...» Hicrətin üçüncü ili Fatimə (e) ilə Əlinin (e) Həsən (e) adlı oğlu dünyaya gəlir. Mədinə öz Peyğəmbərinin(s) sevincini bayram edir. Sevimli peyğəmbrimiz(s) son ən ağır, məşəqqətli on altı ildən sonra şirin duyğular keçirir, onun ruhi yorğunluğu sakitləşir. Fatimənin(e) evi şövqlə dolu idi. Ailə öz ilk övladını ağuşuna almışdı. Bir ildən sonra Hüseyn(e) dünyaya göz açır. Artıq Peyğəmbərin(s) iki oğlan nəvəsi(e) olur. Fatimənin(e) övladları Həsən(e) və Hüseyn(e) Peyğəmbərin(s) həyat sevincinə çevrilir və o, vaxtının böyük bir hissəsini bu körpələrə, onların sağlam tərbiyəsinə sərf edir. O, evdən çıxıb bir yerə gedərkən bu iki körpədən birini daim özülə aparmağa, onlardan uzaq olmamağa çalışır. Fatimə Həsən, Hüseyn, Zeynəb, Külsum (e) kimi övladlar tərbiyə etmiş anadır. Həqiqətən də onlardan hər biri bəşər tarixi üçün gözəl nümunələrdir. Nəvələrinin tərbiyəsində peyğəmbər xüsusi diqqət və qayğı göstərir. Və həyatının sonunadək bu saf, pak nəvələrilə, sevimli qızının balalarıyla iftixar hissi duyur. Qeyd edək ki, həzrət Məhəmməd peygambarin (s) nəsli övladlarından yalnız Fatimə(e) xəttilə davam edir. Tarix, Məhəmməd peyğəmbərin(s) öz kiçik qızı Fatiməylə(e) rəftarından heyrətə gəlib. Rəvayətə görə, Peyğəmbər(s) Fatiməyə(e) nəvaziş göstərib əllərini öpərmiş. Əlbəttə, bu səhnələr böyük bir məhəbbətdən soraq verir. Qadına vəhşi münasibətin hakimlik etdiyi bir dövrdə ata öz qızının əllərini öpür! Bu, qeyri-insani mühitə vurulan inqilabi bir zərbədir! Bu ilahi dərslər kişiləri fironçuluqdan əl çəkməyə, qadınları isə öz şəxsiyyətlərinə dəyər verməyə çağırır. Peyğəmbərin(s) Fatiməyə(e) yönəlmiş həssas münasibəti böyük ilahi məsuliyyət nişanəsi idi. Peyğəmbər qızı olmasına baxmayaraq, yalnız öz şəxsi keyfiyyətləri, öz imanı, təqvası və saleh əməlləri onu Allah dostu edə bilərdi. Əlbəttə, peyğəmbər övladı olması heç kəsin üzərindən ilahi məsuliyyəti götürə bilməz! Bir gün Qureyşdən olan bir qadın oğurluq edir. Ona cəza verilməli idi. Çox hörmətli şəxsiyyətlər vasitəçilik edib bu hökmün dəyişməsi üçün Peyğəmbərə ağız açırlar. Lakin Peyğəmbər belə buyurur: «Əgər bu işi Fatimə belə görmüş olsaydı, qanun yenə də öz qüvvəsində qalacaqdı!» Sevimli peyğəmbərimiz(s) Fatiməyə(e) buyururdu: «Fatimə, çalış! Sabah mən sənin axirətin üçün bir iş görə bilməyəcəyəm...» Fatimə(e) çox çalışdı və öz həyatını yalnız və yalnız Uca Allaha həsr etdi. Fatimə(e) Allahın istədiyi kimi övlad, Allahın istədiyi kimi həyat yoldaşa, Allahın istədiyi kimi ana, Onun istədiyi kimi saleh bir insan nümunəsi oldu və ixlasla sürdüyü kiçik ömrüylə əbədiyyət qazandı! Fatimənin həyatı nümunəvi qadın obrazı yaratdı və o, Allaha doğru gedən yolda parlaq bir ulduza çevrildi... Fatimə(e) öz həyatıyla həqiqətsevərlik, ədalət, fədakarlıq rəmzinə çevrilir. Fatimə «Fatimə» kimi yaşadı, Fatimə kimi də dünyasını dəyişdi. Ölümündən sonra isə tarixdə həyat tapdı. Fatimə Islamın görmək istədiyi, nəzərdə tutduğu bir qadın nümunəsi idi.
  Fatimə(e) bütün bu suallara gözəl bir cavabdır. Qiyamətədək hər bir toplumun qarşısına çıxan bu sualları çözən bir cavab! Başqa sözlə, dünya qadınları üçün misilsiz bir ideal! Onun heyranedici uşaqlığı, təqva və imana söykənən həyat tərzi, çox sürməyən fədakar həyatının müxtəlif məqamları hər bir qadının «necə olmalı?» sualına cavab verir. Fatimə(e) nur üzərində nur olan Məhəmmədin(s) qızıdır, Fatimə(e) böyük Xədicənin(e) qızıdır, Fatimə peyğəmbər ailəsinin ətirli bağçasının solmayan, gözəl qoxusuyla imanla döyünən qəlblərə nur çiləyən bir gülüdür!
Категория: Sehaba-plus | Просмотров: 706 | Добавил: esmaul-husna | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Axtar
Azandan onca: an cox oxunan
Listen Quran Online
TvQuran
Saytin dostlari
  • DINIM.TK
  • DINIM.TK
  • Yaşam ve İnsanlar Yaşam ve İnsanlar Kataloq

    esmaul-husna saytlar qrupu© 2024