Cuma axsami, 25.04.2024, 03:56
Xos galmisiniz Гость | RSS

Esmaul-Husna

Biz şiəyə demirik ki, birlik naminə sünni ol. Sünniyə də demirik ki, birlik naminə şiə ol. Lakin biz sünniyə deyirk ki, öz sünniliyində müsəlman ol, şiəyə də deyirk ki, öz şiəliyində müsəlman ol. Ey sünni! Səni eşitmək üçün şiənin sənə yaxınlaşmasını istəyirsənsə, qəlbini ona aç. Ey şiə! Əgər sünninin səni dinləməsini istəyirsənsə və dialoqda sənə imkan verməsini istəyirsənsə öz qəlbini ona aç. Qəlblər bir-birlərinə açıldıqları zaman onlar ağıla parlaq bir işarə verirlər ki, o da açılsın. Lakin biz həmişə bağlı və nifrət bəsləyən qəlblərə uymuşuq... Şiə məzhəbinin və ya sünni məzhəbinin öz içərisində ixtilafları olduğu kimi, məzhəblər arasında da əqidəvi və hüququ ixtilaflar var. Əgər İslama sadiq insanlarıqsa, İslamın möhkəm vücuduna nail olmaq üçün ciddi dialoqa başlamalıyıq." Ayətollah Seyyid Mühəmməd Hüseyn Fəzlullah
Saytin menyusu
Meqala-plus: an cox oxunan
Mini cat
Bizim sual
Saytimizi deyerlendirin
Cami cavab: 53
Statistika

Online cami : 1
Qonaqlar: 1
Istifadacilari 0
Azandan onca: 27
Meqala plus: 98
Quran mocuzalari: 20
Daxil olma qaydasi

Главная » 2010 » Sentyabr » 16 » Şeyx Kuleyni
19:19
Şeyx Kuleyni
Şeyx Əbu Cəfər Məhəmməd ibn Yəqub Kuleyni Rey şəhərinin 38 kilometrliyində yerləşən Kuleyn kəndində anadan olmuşdur. Onun həyatı barədə məlumatlar azdır. Kuleyni haqqında söz demək üçün əlimizdə onun məşhur "Kafi” kitabından başqa bir istinadgah yoxdur. Kuleyni ilə tanışlıq üçün sadəcə "Kafi” ilə üzbəüz dayanmaq lazım gəlir. "Kafi” qülləsini fəth etmədən dində ən yüksək elmi mərtəbə sayılan ictihada çatmaq mümkünsüzdür.
Abbasilərin istila atlarının ayaq səslərindən başqa səslərin eşidilmədiyi bir vaxt İranın Kuleyn kəndində Əhli-beyt eşqi ilə dolu bir evdə uşaq dünyaya gəldi. Bu hadisə böyük qeyb dövrünə təsadüf edirdi. Yaqub ibn İshaq öz oğlunun adını "Məhəmməd” qoydu. Məhəmmədin dünyada eşitdiyi ilk səs azan və iqamə səsi oldu. Məhəmməd ilk dərslərini anasından, atasından və böyük dayısından aldı. O, ibtidai təhsilini başa vurduqdan sonra Reyə mühacirət edir. Ailədən ayrılıq Məhəmməd üçün nə qədər çətin olsa da, Allah yolunda atılan bu addım möhkəm və davamlı idi. Kuleyni camaatin yavas-yavas islamdan uzaq dusduyunu gordukda hadis toplamaq va bununla da Islamin inkisafina tohfa vermak qerarina galdi. Məhəmməd cəmiyyətdəki xəstəliyi və onun çarəsini müəyyənləşdirdikdən sonra bir kənara çəkilib hədis toplamağa başladı. O, hədis yazmağı böyük ustadı Əbülhəsən Məhəmməd ibn Əsədi Kufidən öyrənirdi. Ən əsası Kuleyni öz dövrünün hadisələrinə biganə qalan insanlardan deyildi.
Qərmətilər zərdüşt qatqılı əqidələri ilə şiəlik üzərinə hücuma keçəndə Kuleyni şiələri qəflət yuxusundan oyadan "Qərmətilərə cavab” kitabını yazdı.
Kuleyni əsrini hədis əsri adıandırmaq daha düzgün olardı. Həmin dövrdə hədis toplamağa şövqlü insanlar şəhər-şəhər, ölkə-ölkə gəzərdilər.
Kuleyni movcud imkanlardan faydalanaraq öz müqəddəs işinə başlamaq üçün Quma mühacirət etdi. Həmin vaxt Qumun əksər məscid və hüseyniyyələrində ravilər hədis söyləyərdi. Kuleyni Qumda Məhəmməd ibn İsa Əşəri kimi 35 böyük alimdən bəhrələnir. Kuleyni kitablarda 7140 hədisi nəql olunmuş Əli ibn İbrahim Qummi kimi əzəmətli şəxsiyyətlərlə ünsiyyətdə idi.
Qumda öz missiyasını başa vuran Kuleyni Kufəyə üz tutur. Kufə həmin vaxtlar elmi mərkəz sayılırdı. Bu şəhərdə hamı öz məzhəbini azad təbliğ edə bilirdi. Kufədəki İbn Əqdə böyük hədisçilərdən sayılırdı. Bu alim zeydi-carudi olsa da, hədis nəqlində olduqca təqvalı və dəqiq idi.
Kuleyni Kufədən sonra Bağdada yola düşür. O, Bağdada daxil olanda artıq tanınmış bir alim idi. Bağdad əhli Kuleynidən fitva istəyərdi. "Siqətül-İslam” çağırılan ilk alim də Kuleyni olmuşdur.
Kuleyni hətta İmam Mehdinin (ə) dörd naibinin dövrünün məşhur hədisçisi idi. Dövrün sıxıntıları səbəbindən həmin dönəmdə Əhli-beyt maarifinin daşınması Kuleyninin üzərinə düşmüşdü.
Категория: Hadisi-kitab | Просмотров: 896 | Добавил: esmaul-husna | Рейтинг: 2.0/3
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Axtar
Azandan onca: an cox oxunan
Listen Quran Online
TvQuran
Saytin dostlari
  • DINIM.TK
  • DINIM.TK
  • Yaşam ve İnsanlar Yaşam ve İnsanlar Kataloq

    esmaul-husna saytlar qrupu© 2024