Cuma axsami, 25.04.2024, 17:53
Xos galmisiniz Гость | RSS

Esmaul-Husna

Biz şiəyə demirik ki, birlik naminə sünni ol. Sünniyə də demirik ki, birlik naminə şiə ol. Lakin biz sünniyə deyirk ki, öz sünniliyində müsəlman ol, şiəyə də deyirk ki, öz şiəliyində müsəlman ol. Ey sünni! Səni eşitmək üçün şiənin sənə yaxınlaşmasını istəyirsənsə, qəlbini ona aç. Ey şiə! Əgər sünninin səni dinləməsini istəyirsənsə və dialoqda sənə imkan verməsini istəyirsənsə öz qəlbini ona aç. Qəlblər bir-birlərinə açıldıqları zaman onlar ağıla parlaq bir işarə verirlər ki, o da açılsın. Lakin biz həmişə bağlı və nifrət bəsləyən qəlblərə uymuşuq... Şiə məzhəbinin və ya sünni məzhəbinin öz içərisində ixtilafları olduğu kimi, məzhəblər arasında da əqidəvi və hüququ ixtilaflar var. Əgər İslama sadiq insanlarıqsa, İslamın möhkəm vücuduna nail olmaq üçün ciddi dialoqa başlamalıyıq." Ayətollah Seyyid Mühəmməd Hüseyn Fəzlullah
Saytin menyusu
Meqala-plus: an cox oxunan
Mini cat
Bizim sual
Saytimizi deyerlendirin
Cami cavab: 53
Statistika

Online cami : 1
Qonaqlar: 1
Istifadacilari 0
Azandan onca: 27
Meqala plus: 98
Quran mocuzalari: 20
Daxil olma qaydasi

Главная » 2010 » Avqust » 18 » Nahcul-Belaga
21:56
Nahcul-Belaga
Islam dunyasinin daha bir incisi haqda sohbat acacagiq. Islamin shia qoluna maxsus musalmanlarin esas kitablarindan biri mahz «Nəhcul-bəlağə»dir. Bu kitabda Ali(e) xutba va maktublari verilib. Shia hadis qaynagina aid olunan bu kitab haqda oxuyaq:
   Fəsahət və bəlağətdə həqiqətən də bərabəri olmayan, mövzu baxımından İslam dininin əsaslarına, o əsasların vacib saydığı hökmlərə, hökmlərin təşrihi səbəblərinə toxunan, bunları islam Peyğəmbərindən (s.ə.v.v.) əxz etdiyi hududsuz elm qudrətilə açıqlayan, içtimai və iqtisadi məsələlərə, İslam dininin insani göruşunə aydınlaşdırıçı işıqlar tutan «Nəhcul-bəlağə» Əmir-əl-mö`minin Əli ibni Əbu Talibin (ə) xütbələrinin, sözlərınin, öyudlərinin, vəsiyyətlərinin, məktublarının və hikmətli sözlərinin toplanmasından meydana gəlmişdir. Bunları Şərif Rəzi Məhəmməd ibni Hüseyn toplayıb kitab halına salmış və üç bölumə ayırmışdır. Birinci bölumə xütbələri, ikinci bölumə əsasən məktubları, üçüncu bölumə isə hikmətli sözləri daxil edilmişdir.
Şərif Rəzi adı ilə tanınan Əbulhəsən Məhəmməd ibni Əbu Əhmədil-Hüseyn Əli ibni Əbu Talibin (ə) nəslindən olub, imam Museyi-Kazimin oğlu İbrahimin nəticəsi Əhməd Hüseynin oğludur. Ana tərəfdən də Fatimə vasitəsilə imam Hüseynə (ə) qohumluğu çatır və ata tərəfdən siyadət şərəfinə sahibdir («Ümdətüt-talib fi ənsabi Əli ibn Əbu Talib», Nəcəful-əşrəf, h. 1337, M.1918, səh. 193-200; Məhəmməd Əbduh: «Şərhi-Nəhcül-bəlağə», Beyrut, Muəssisətul-a`ləmi nəşri, M.Əbduhun ön sözü, səh.6). Şərif Rəzi hicri 359-cu ildə (969-970) anadan olmuş, usul və ədəbiyyatda çox yuksək mövqe qazanmış, 383-cu ildə (993) Bağdadda seyyidlərin hakimiyyət xidmətini öz uzərinə göturmuşdur. «Kitabul-mutəşahib fil-Qur`an», «Məcazatul-asareyni-nəbəviyyə», «Təlxisul-bəyan ən məcazatil-Qur`an» «Kitabul-Həsaıs» «Əxbari-quzati-Bağdad» adlı əsərləri, atası haqqında bir kitabı, uç cild risaləsi, Əbu Əddullah Huseyn ibni Əhməd ibni Həccacın (h.391, m.1000-ci ildə vəfat etmişdir) şerlərindən seçmələri və divanı vardır.
Rəzinin ən məşhur əsəri Həzrət Əlinin (ə) xutbə, məktub və sözlərini topladığı «Nəhcul-bəlağə»dir. («Ümdatul-Talib», səh. 196-197). Hicrətin 406-cı ilinin məhərrəm ayının 6-da (aprel, 1015) Bağdadda vəfat etmiş, Kərhdəki evində dəfn edilmişdir (Hacı Şeyx Əbdullahil-Məmakani: «Tənqiyhul-məqal fi əhvalir-rical» Nəcəf, Murtəzaviyyə mətbəəsi, h.1352, III cild, səh.107). Seyyid Rəzi bu xutbə, məktub və hikmətli sözləri toplayarkən bir xeyli qaynağa sahib idi. Əbu Cə`fər Məhəmməd ibni Həsən ibni Əli ət-Tusinin (h.460/1067) rəvayətindən aydınlaşır ki, Həzrət Əmirin (ə) oxuduğu xütbələri ilk dəfə kufəli Zeyd ibni Vəhəbul-Cuyheyni qələmə almışdır. O, Əmir-əl-mö`minin (ə)-ın əshablarından idi. Nəhrivana gedərkən Həzrət Əmir Zeydi də özu ilə göturmuşdu. (Yenə həmin mənbə, I cild, səh. 471-472). Tusi bu kitabı Əbu Mehnəf Lut ibni Yəhyadan, o, Əbu Mənsur Cuheynidən, o da Zeyd ibni Vəhəbdən rəvayət etmişdir. Zeyd isə rəvayət etdiyi xütbələri şəxsən Əmir-əl-mö`minin əleyhissəlamın özundən eşitmişdir. İbni Hacər Zeyd ibni Vəhəbin, cahiliyyə dövrunu və əsri-səadəti (peyğəmbər zamanı) görduyunu, lakin Həzrət Rəsuli-Əkrəmlə (s.ə.v.v.) göruşmədiyini, Kufədə yaşadığını, hicrətin 96-cı ilində (m.714) vəfat etdiyini göstərir. Zeydin Peyğəmbərin (s.ə.v.v.) be`sətindən əvvəli görməsi onun yüz ildən artıq yaşadığını göstərir.
Həzrət Əmirin (ə) xütbələrini yazanlardan biri də İbrahim ibni Həkəm ibni Zuheyril-Fəzaridir. Həkəm ibni Zuheyr hicrətin 127-ci ilində (m.741) vəfat edən İsmail ibni Əbdurrəhmanus-Suddəinin təfsirini rəvayət etmişdir. Elə bir təfsir yoxdur ki, onun təfsirindən rəvayət etməsin. Tirmızi də «Səhih» əsərində ondan faydalanmışdır. Həkəm ibni Zuheyr hicrətin 180-cı ilində (m.796) vəfat etmişdir. Oğlu İbrahimin isə Həzrət Əmirin (ə) xütbələrini əhatə edən bir kitabı vardır («Tənqiyh...», I cild, səh. 15). Xütbələri toplayanlardan biri də İsmail ibni Mehranis-Səkunidir. O, imam Cə`fər Sadiqin (H.148, m.765) imam Əliyyur-Rizanın (h.202, m.817) zamanlarında yaşamış, onlarla muşərrəf olmuş, bir sıra kitablar yazmış və Həzrət Əmirin (ə) xütbələrini toplamışdır. Həzrət Əmirin (ə) əshabından nufuz sahibi kimi tanınan və imam Həsən (ə) zamanında da ömur surmuş Əsbəq ibni Nubatə Həzrətin Malik-ul-Əştəri Misirə vali tə`yin edərkən ona yazdığı «Əhdnamə»ni və Məhəmməd-ul-Hənəfiyyəyə vəsiyyətlərini rəvayət etmişdir. Malik-ul-Əştərlə göndərilən və misirlilərə xitabən yazılan məktublarını isə Cəməl cihadında Həzrət Əlinin (ə) yanında olan Sə`səə ibni Suhan rəvayət etmişdir. İmam Əlıyyən-Nəqinin (ə) zamanında yaşayan (h.254, m.868) Saleh ibni Əbu Həmmad Əbul-Xeyri Razi də xütbələri ehtiva edən bir kitab tərtib etmişdir.
Bunlardan başqa 238-ci ildə (m.896) vəfat edən və Muxtar ibni Əbu Übeydətus-Səqəfinin əmisı Sədin nəslindən olan İbrahim ibni Muhəmməd ibni Səidi Səqəfi, 330-cu ildən (m.844) sonra vəfat etmiş, iki yuzə qədər kıtabın muəllifi olan Əbduləziz ibni Yəhya`il-Cəludiyyil-Bisri, 260-ci ildə (m.873) vəfat edən və atası imam Sadiqin (ə) dövrunu görmuş Hişam ibni Muhəmməd ibni Səid də xütbələri toplayanlardandır. Hişamın tarix və ənsaba dair bir sıra kitabları vardır. İmam Əliyyən-Nəqinin (ə) zamanında yaşayan və «Kitabi-Məhasin» sahibi Əhmədin babası olan Məhəmməd ibni İsa ibni Əbdullah ibni Səidul-Əş`ərinin, fıqhə dair bir sıra əsərlərın muəllifi Məhəmməd ibni Əhmədil-Cufinin də Həzrət Əmirin (ə) xütbələrindən ibarət kitabları vardır. Bunlardan əlavə şiəliklə əlaqəsi olmayan, məşhur muvərrix Əbulhəsən Əli ibn Muhəmmədi Mədaini də (h.225, m.839) Əmir-əl-mö`minin Əlinin (ə) xütbələrini və amillərinə yazdığı məktubları bir kitab halında toplamışdır (İbnun-Nədim, «Əl-fehrest», Misir, Rəhmaniyyə mətbəəsi, 1345, səh.149).
Görunduyu kimi, Seyyid Rəzi Həzrət Əlinin (ə) xütbələrini, məktublarını, hikmətli sözlərini toplayarkən dövrundən əvvəlki bir çox qaynaqlarla tanış idi. Şərif Rəzinin qardaşı Ələmul-huda Seyyid Murtəzanın (h.436, m.1044) kitabxanasında səgsən min cild kitab vardı. «Mö`çuzətul-Buldan» bu kitabxananın dunyada misilsiz olduğunu, kitabların hamısının elmi biliklərlə zənginliyini göstərməkdədir (Misir, 2. 1323, II cild, Bey-nəs-sureyn mətbəəsi, səh. 343). Doğrudan da, Seyyid Rəzinin bu sahədəki xidmətləri əvəzsizdir. Çunki o, «Nəhcul-bəlağə»ni tərtib etməsəydi, bəlkə də bu xütbələrin, məktubların və hikmətli sözlərin çoxu bizə gəlib çatmazdı. «Nəhcul-bəlağə»də rast gəlmədiyimiz bə`zi xütbələr də Həzrət Əmirə (ə) aid edilir ki, «Əl-lö`lö», «Əl-iftixar», «Əl-vəsilə» bunlardandır. İbni Şəhraşub (h.588, m.1192) da öz «Mənaqib» əsərində adını çəkdiyimiz xütbələrdən bəhs açır. Şubhə yox ki, Həzrət Əlinin (ə) «Nəhcul-bəlağə»yə duşməmiş xutbə və məktubları da vardır. Mə`lumdur ki, Amidinin «Qurərul-hikəm» indəki qısa və hikmətli sözlərin sayı 11.050-yə çatır. Ancaq «Xütbətül-bəyan» kimi bə`zi xütbələrdə quluvvə qaçanların etiqadlarını əks etdirən sözlərin olması, bu xütbələrin Həzrət Əliyə (ə) aidliyinə haqlı şubhələr yaradır (Bax: Bozorgi Tehrani Məhəmməd Möhsin, «Ə`z-zəriə», VII cild, səh. 187-193). «Nəhcul-bəlağə»yə çox ətraflı bir şərh yazan və bu baxımdan da dəyərli bir tarixi əsər meydana gətirən İbni Əbilhədid Əbdulhəmid (h.655, m.1275) «Nəhcul-bəlağə»dəki sözlərin Həzrət Əliyə (ə) aidlıyində şübhə olmadığını, çoxunun təvatürlə sabitliyini, uslub eyniliyni qeyd edir.
***
«Nəhcül-bəlağə»dəki bə`zi xütbələrin, vəsiyyətlərin, qısa sözlərin bir qismi ayrıca şərh edilmişdir. Təkcə «Xütbətüş-şikşikiyyə»nin on altı tərcümə və şərhi vardır (Ə`z-zəriə ilə təsanifiş-şıə, IV cild, Tehran, 1320-1322, səh. 99-100...) İmam Həsənə (ə) vəsiyyətləri orijinalı ilə və digər iki vəsiyyətlə 1329-cu ildə İstanbulda fars dilində nəşr olunmuşdur. Həmin nəşr «Hədiyyətül-üməm» adı ilə 1381-ci ildə Nəcəfül-əşrəfdə, 1961-ci ildə «Mənşurul-ədəbiye-ilahi və düstürül-əməliye və karqahi», «Kitabul-əxlaqeyn nəfisə fi şərhi xütbətül-vəsiyyə» və «Nazimül-vəsiyyə» adları ilə İranda təkrar nəşr edılmişdir. Bu vəsıyyətin turkcəsindən başqa altı şərhi vardır. Əbu Çə`fər Mühəmməd ibini Yə`qubi Küleyni də bu vəsiyyəti rəvayət etmişdir. Həzrətin Malik Əştərə yazdığı Əhdnamə, «Adabul-müluk», «Töhfeyi-Süleymani», «Düsturi-hikmət», «Ünvanur-riyasə, ər-rayi vər-raiyyə», «Şərhül-əhd», «Nəsayihül-müluk», «Nəzmül-əhd», «Hidayətül-hüsam fi əcaibil hidayəti vəl hükkam», «Töhfətul-vəli», «Tərcümətül-əhd», «Şərhi-əhdnamə», «Əsasüs-siyasə fi tə`sisir-riyasə», «Dirasatün nəhc», «Rümuzül-imarə» kimi adlarla şərh edilmişdir. Onların sayı 20-dən artıqdır. «Həmmam xutbəsi» kimi tanınan xütbələrin on beş şərhi vardır.
***
Bunlardan başqa Həzrət Əlinin (ə) hikmətli və qısa sözlərini məşhur Cahiz (h. 225, m. 869) «Miə kəlimə» (yüz söz) adı ilə toplamışdır ki, bu əsəri Səfəviyyə dövru şairlərindən Adil və həmin dövrün adamlarından Məhəmməd ibni Əbu Talibi Astrabadi farscaya çevirmişlər. Adilin əsəri Tehranda 1304-cu ildə nəşr olunmuşdur. Əbu Əliyyi Təbərsi, yaxud Əliyyibni Seyyid Fəzlullahi Ravəndi (h.573, m.1178) «Yüz kəlmə»ni əlifba sırası ılə otuz fəslə ayırmış və adını da «Nəsrul-Ləali» qoymuşdur. Bu kitab h. 1312-ci ildə nəşr olunmuşdur. Rəşidəddin Məhəmməd ibini Məhəmmədil-Vətvat (h.552, m.1157) «Töhfətus-siddiq», «Fəslül-xitab», Ünsul-ləhfan» adları ilə ilk üc xəlifənin sözlərini topladığı kimi «Mətlubu külli talib» adı ilə Həzrət Əlinin (ə) də yüz sözunu toplamış, hər birini farsca bir qit`ə ilə tərcumə etmişdir. Bunlardan və Seyyid Rəzinin «Nəhcül-bəlağə» kitabının sonuna daxil etdiyi qısa sözlərdən başqa Həzrətin daha on mənzum, mənsur, ərəbcə və farsca, hətta fransızca qısa və hikmətli sözlərinin şərh və tərcümələri vardır. Həzrət Əlinin (ə) qısa sözlərini, xususilə «Qurərül-hikəm və dürərül-kəlim» adıyla toplayan Nasihuddin Əbdülvahid ibni Məhəmmədi Təmimiyyi Amididir. Hicri 588-ci ildən on gün əvvəl vəfat edən (m.1192) İbni Şəhraşubun rəvayətinə görə, Amidi onun ustadı olmuşdur. Amidi «Qurərul-hikəm»də Əmir-əl-mö`minin əleyhissəlamın 11.050 sözünü toplamışdır.
 ***
Hicri 738-ci ildə (1337) vəfat edən Savcızadə «Nəsrül-ləsali»ni «Budrətül-mə`ali fi tərcümətül-lə`ali» adı ilə və hər sözu «məfailun, məfailun, fə`ulun» vəznində farsca bir beytlə tərcumə etmişdir. Supahizadə Əli Qalib farsca beytləri bir-bir turkcəyə tərcumə etmişdir ki, bu kitab Naxçıvanizadə Məhəmmədin yazısı ilə daşbasması olaraq 1315-ci ildə Osmaniyyə mətbəəsində nəşr olunmuşdur. Naxçıvanizadənin Savcızadə olmasını ehtimal edə bilmədik. 953-cü ildə (1546) yazdığı «Təzkirə»sində Əbdullətif Lətifi də (h.990, m.1582) «Nəsrül-lə`ali»ni «Nəzmül-cəvahir» adı ilə nəzmlə turk dilinə cevirmişdir. 1940-ci ildə Həzrət Əlinin (ə) anadan olmasından şəhadətinə qədərki dövru əhatə edən tərcumeyi-halı ilə birgə 54 xutbə və xitabələrini, imam Həsənə (ə) vəsiyyətini, Malik Əştərə «Əhdnamə»sini, 17 məktubunu, əmr və vəsiyyətlərini, 44 hikmət və nəsihətini, «Divan»ından 48 şe`ri tərcümə edilmişdir. Ankarada Əmək Basım Yayınevi tərəfindən «İmam Əli buyruğu» adı ilə nəşr olunmuşdur. İndi də oxuculara təqdim olunan bu əsər haqqında: Qeyd olunduğu kimi, Seyyid Rəzi «Nəhcül-bəlağə»ni iki qismə və üç bölümə ayırmış, ilk bölumə əsasən xütbələrini, ikinci qismin birinci bölumünə məktublarını, ikinci bölumunə ısə hikmətli sözlərini daxil etmişdir. Burada da buna eyni ilə riayət olunub. Ancaq bu bölümlər içində mümkün ola biləcəyi qədər mövzu xüsüsiyyətinə və xronoloji tərtibə riayət gözlənilib. Tərcümədə Şeyx Məhəmməd Əbduhun «Nəhcül-bəlağə» şərhinin son nəşri olan və Beyrutda yayınlanan nəşri əsas götürülüb. Bu nəşr dörd qismə ayrılmışdır. Birinci və ikinci qisimdə xütbələr, muxtəlif hadisələrlə bağlı söylənən sözlər, ücüncü qisimdə məktublar, dördüncü qisimdə isə hikmətli sözlər və nəsihətlər var. Tərcümə uç qismə ayrılıb. Birinci qisimdə xütbə və xitabələri, ikinci qisimdə məktubları, ücünçü qisimdə isə hikmət və nəsihətləri verilib. Birinci qisim beş bölumə ayrılır: 1-ci bölumdə «Allah, Həzrət Mühəmməd (s.ə.v.v.), iman, İslam və Qur`ani-Məcid», 2-ci bölümdə «Özü və Əhli-beyt», 3-cü bölümdə «Dünya-axirət», 4-cü bölümdə «İctimai-iqtisadi xütbələri 5-ci bölümdə «İlk üç xəlifə və özünün zamanına aid xütbələr» və tarixlə baqlı olan xütbə və xitabələrini dərc etdik. Bu qisimdəki xütbə və xitabələrin sayı 192-dir. II qismə məktublarını, əmrnamə və vəsiyyətlərini daxil etdik. Bu qisimdə də xronoloji ardıcıllığı gözlədik və onu dörd bölumə təqsim elədik: 1-ci bölumü Cəməl cihadından əvvəlki və sonrakı dövrlərə aid xütbələrinə, 2-ci bölumu Müaviyəyə göndərdiyi məktublara, 3-cü bölümü cihad zamanı söylədiyi xütbələrə və vəsiyyətlərə, 4-cu bölümü idari məktublarına, əmrnamə və əhdnamələrinə verdik. Buradakı xitabə, məktub, əmrnamə və vəsiyyətlərin ümumi sayı 63-dür. Üçüncü qisimdə qısa sözləri, hikmət və nəsihətləri yerləşdirilib. Bu qisimdə də mövzuya dair bir təsnif aparmağa çalışdıq. 1-ci bölumə «Din, iman, mö`min, müslim, Qur`an və ibadət», 2-ci bölümə «Həzrət Mühəmməd (s.ə.v.v.) özü və Əhli-beyt», 3-cü bölümə «Dünya-axirət», 4-cü bölümə «Ağıl-elm», 5-ci bölümə müxtəlif mövzulara aıd hikmətlər, 6-ci bölümə tarixlə bağlı sözlər, 7-ci bölumə isə «Həqiqət, ədalət, güzəran, insanlıq və cihad» haqqındakı sözlərini daxil etdik. Bu qismin hər bölümünün sonuna «Nəhcül-bəlağə»də olmayan, lakin «Qürərül-hikəm»də yer almış sözlərindən də qatdıq və 325 söz seçdik. Beləliklə, xütbələr 192, Məktub, əmrnamə və vəsiyyətlər 63, hikmətli sözlər 325 olmaqla, 580-ə çatdı. Bunu da qeyd edək ki, bu bölgü sözlərdəki üstün xarakterə görədir. Yoxsa məsələn, iman və Qur`andan bəhs edilən bir xütbədə dünyadan, axirətdən, dünya və axirətdən bəhs edilən digər bir xütbədə Həzrət Mühəmməddən (s.ə.v.v.), Əhli-beytdən, ictimai-iqtisadi bölumə aid bir xütbədə tarixi bir hadisədən, yaxud İslamdan bəhs edilmişdir. Yəni xütbələrdə, hətta məktublarda və hikmətli sözlərdə olan təsnif, üstün xarakterə görədir. Xütbələrdə, xitabələrdə, məktublarda, əmr və vəsiyyətlərdə, hətta hikmətli sözlərdə bir ayəyə, hədisə, hadisəyə işarə edilmişsə, yaxud birisinə xitabsa, birisindən bəhs varsa, o xütbə və xitabənin, o sözün axırına qoyulmuş nömrələrlə o ayə, o hədis, o hadisənin izahı yazılmış, qaynağı göstərilmişdir ki, bu da olduqca ətraflı bir şərh mahiyyəti daşıyır. Seyyid Rəzinin topladığı xütbə və xitabələrin sayı 233-ə qədərdir. Bunların bir qismi müxtəlif rəvayətlərdən meydana gəlmişdir. Bir qismi isə Həzrətin dualarını, bir ayəni və ya surəni oxuduqdan sonrakı sözünü, yağmur dualarını, əshabını məkarimi-əxlaqa, ibadət və itaətə təşviqini əhatə edir və çoxu da bir-birini tamamlayır. Bir xütbədə zikr edilənlər başqa bir xutbədə, lakin digər bir tərzdə təkrarlanır. Həzrət Əlinin (ə) xütbələrinin özünü 192 xütbədə bulunduğu üçün onları tərcümə etmək məsləhət oldu. S. Rəzinin 2-ci bölümündə 76 məktub, vəsiyyət və söz vardır. Bunların bir qismi ayrı rəvayətlərlə gəlmişdir. Bu tərcümədə ikinci qisimdəki son vəsiyyətləri birinci qismə daxil edilmişdir. Bu qisimdə 72 xitabə, məktub, əmrnamə və vəsiyyət var ki, demək olar hamısı yerindədir. Üçüncü qisimdəki sözlər və vəcizələr isə «Qurərul-hikəm»dən seçilməklə, deyə bilərik ki, mənada təkrar olmamaq baxımından tamdır.
Категория: Hadisi-kitab | Просмотров: 828 | Добавил: esmaul-husna | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Axtar
Azandan onca: an cox oxunan
Listen Quran Online
TvQuran
Saytin dostlari
  • DINIM.TK
  • DINIM.TK
  • Yaşam ve İnsanlar Yaşam ve İnsanlar Kataloq

    esmaul-husna saytlar qrupu© 2024