Mubarak Cuma, 19.04.2024, 20:48
Xos galmisiniz Гость | RSS

Esmaul-Husna

Biz şiəyə demirik ki, birlik naminə sünni ol. Sünniyə də demirik ki, birlik naminə şiə ol. Lakin biz sünniyə deyirk ki, öz sünniliyində müsəlman ol, şiəyə də deyirk ki, öz şiəliyində müsəlman ol. Ey sünni! Səni eşitmək üçün şiənin sənə yaxınlaşmasını istəyirsənsə, qəlbini ona aç. Ey şiə! Əgər sünninin səni dinləməsini istəyirsənsə və dialoqda sənə imkan verməsini istəyirsənsə öz qəlbini ona aç. Qəlblər bir-birlərinə açıldıqları zaman onlar ağıla parlaq bir işarə verirlər ki, o da açılsın. Lakin biz həmişə bağlı və nifrət bəsləyən qəlblərə uymuşuq... Şiə məzhəbinin və ya sünni məzhəbinin öz içərisində ixtilafları olduğu kimi, məzhəblər arasında da əqidəvi və hüququ ixtilaflar var. Əgər İslama sadiq insanlarıqsa, İslamın möhkəm vücuduna nail olmaq üçün ciddi dialoqa başlamalıyıq." Ayətollah Seyyid Mühəmməd Hüseyn Fəzlullah
Saytin menyusu
Meqala-plus: an cox oxunan
Mini cat
Bizim sual
Saytimizi deyerlendirin
Cami cavab: 53
Statistika

Online cami : 1
Qonaqlar: 1
Istifadacilari 0
Azandan onca: 27
Meqala plus: 98
Quran mocuzalari: 20
Daxil olma qaydasi

Главная » 2010 » Oktyabr » 5 » Məhəmməd Peyğəmbərin (s.ə.s) ləqəbləri
09:07
Məhəmməd Peyğəmbərin (s.ə.s) ləqəbləri
1. O Həzrətin ( s ) ləqəblərindən biri Əhməddir. Müqəddəs Qurana əsasən, İslam Peyğəmbəri müqəddəs İncildə də bu ləqəblə yad edilmişdir: ,, Onu da xatırla ki, bir vaxt Məryəm oğlu İsa belə demişdi: ,, Ey İsrail oğulları! Həqiqətən mən özümdən qabaq nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı peyğəmbərlə ( sizə ) müjdə verən Allahın elçisiyəm.,,
Əhməd sözünün mənası artıq tərif və sitayiş edilən deməkdir və İslam Peyğəmbəri ( s) Allah-taala tərəfindən çox böyük adla tərənnüm və sitayiş edildiyinə görə bu adı qazanmışdır. Onun ( s ) həyatında müşahidə olunur ki, bəzən ona ( s ) çox ibadət etdiyinə görə etiraz edənlərə belə deyərmiş: ,,Bəs, şükür edən bəndə olmayımmı?,,
2.O Həzrətin ( s ) ləqəblərindən biri də Mahmuddur. Mahmud ləqəbinin səbəbi onun tərifə layiq, sitayiş olunası sifətlərə malik olmasıdır. Müqəddəs Quran bu haqda buyurur: ,, Doğrudan da sən böyük əxlaq sahibisən!,, ( Qələm surəsi, ayə 4 )
Bu vəsf onun yüksək kamal sifətlərə yiyələnməsini, təkamül zirvəsində olduğunu göstərir.
İbn Ərəbi deyir: ,, Allah-Taalanın min adı və Həzrət Məhəmmədin də ( s ) min adı vardır. Peyğəmbərin ( s ) ən gözəl adları Məhəmməd, Mahmud və Əhməddir. Məhəmməd o kəsə deyirlər ki, onun kamal sifətləri olsun, və ondan ( s ) qabaq kimsə bu ada yiyələnməmişdir. Bu ad mələkut aləmində o Həzrət üçün seçilmişdir. Çünki bütün mələklər, peyğəmbərlər və millətlər onu ( s ) həmd və sitayiş edib, edir və hamısı ona salam göndərirlər.
3.O Həzrərin ( s ) ləqəblərində biri də Ummidir (savad almaya şəxs). Müqəddəs Quran bu haqda buyurur: ,,( Ya Rəsulum! ) Sən bundan ( bu Qurandan ) əvvəl nə bir kitab oxumusan, nə də onu əlinlə yazmısan. Əgər belə olsaydı, onda batilə uyanlar ( onun barəsində ) şəkk-şübhəyə düşərdilər. ( Onu hardasa oxuyub öyrənmişdir, deyərdilər). ( Ənkəbut surəsi, ayə 48 )
Bu Peyğəmbərin ən böyük möcüzələrindən biridir. Oxuyub-yazmağı bacarmayan bir şəxsin bütün insani elmlərə şamil olan bir kitab gətirməsi möcüzə deyilmi?! Bu kitab özünü hidayət kitabı adlandırır.
4.Hidayət - yol göstərmək və məqsədə çatdırmaq mənasını daşıyır. Quran fiqh kitabı deyil, amma onun ayələrində mövcud olan qanunlar bəşəriyyəti ona baş əyməyə məcbur edir. Kimsə Quranın gətirdiyi ictimai, siyasi, hüquqi və ticari əlaqələrə aid qanunlar kimi kamil qanun irəli sürə bilərmi? Xeyr! Heç bir şəxs bu işə qadir deyildir. Müqəddəs Quran özü bu haqda belə buyurur: ,, ( Ya Peyğəmbərim! ) De: Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər. ,, ( İsra surəsi, ayə 88 )
5. O Həzrətin ( s ) ləqəblərindən biri də Kərimdir. Bu ləqəb müqəddəs Quranda ,, Təkvir,, surəsinin 19-cu ayəsindən gəlmişdir. İslam peyğəmbəri ( s ) öz kəraməti ilə o zaman çox böyük şöhrət qazanmışdır.
Məlum olduğu kimi Məkkədə Həzrəti ( s ) tez-tez incidər, daşa basırdılar və o isə belə vaxtlarda məcbur olub dağlara pənah aparırdı. Amma Həzrət Əli ( ə ) ilə Həzrəti Xədicə ( s ) onu bu halda tapan zaman görərdilər ki, Həzrət belə söyləyir: ,, İlahi! Bu qövmü hidayət et ki, onlar başa düşmürlər. ,,
On iki min qoşunla Məkkəni fəth etdiyi zaman əsgərlərdən birinin ,, Bu gün müharibə günüdür ,,- dediyini eşidərkən İmam Əlini ( ə ) o əsgərin yanına göndərdi ki, ona ,, Bu gün müharibə günü yox, bu gün rəhmət, kəramət və əfv günüdür. ,, - desin.
6. O Həzrətin ( s ) ləqəblərindən biri də Rəhmətdir. Bu ləqəb də Qurani-Kərimdən götürülmüşdür. ,, Səni də ( ey Məhəmməd! ) aləmlərə ( bütün insanlara və cinlərə ) ancaq rəhmət olaraq göndərdik. ,, ( Ənbiya surəsi, ayə 107 )
Peyğəmbər ( s ) həyatda həmişə qüssəli, daim razniyaz edən və çox səbirli idi. Bu haqda müqəddəs Quran belə buyurur: ,, Sizə özünüzdən bir Peyğəmbər ( s ) gəldi ki, sizin əziyyətə, məşəqqətə düşməyiniz ona ağırdır, o ( sizin iman gətirməyinizi ) çox istəyir, möminlərə şəfqətli və mərhəmətlidir. " ( Tövbə surəsi, ayə 128)
7. O Həzrətin ( s ) ləqəblərindən biri Mütəvəkkil idi, belə ki, bütün işlərində yalnız Allah-təalaya güvənərdi.
Həzrətin çox zikr etdiyi dualardan biri bu idi: " İlahi! Məni bir an belə öz başıma buraxma! "
Müharibələrin birində düşmən tərəfindən bir nəfər Peyğəmbərin ( s ) yatdığı zaman başının üstünə gəlib dedi: Ey Məhəmməd! Səni mənim əlimdən kim qurtara bilər? Peyğəmbər ( s ) buyurdu: " Mənim Allahım! " Bu söz o qədər təsir edici oldu ki, o kafirin əlləri titrədi və qılınc əlindən yerə düşdü. Peyğəmbər ( s ) qılıncı götürüb ona sarı gələrək həmin sualı ondan soruşduqda ( yəni səni mənim əlimdən kim qurtaracaq? ) o dedi: Sənin kərəmin və alicənablığın. Bu zaman Peyğəmbər də ( s ) onu əfv etdi.
Peyğəmbərimiz ( s ) təkcə Allaha güvənir və ona etimad edirdi. O, heç vaxt dünyaya güvənməyib. Həzrətdən nəql olan hədislərin birində belə buyrulur: " Bu dünya ağac kölgəsi kimidir, müsafirlər onun sayəsində oturub bir az dincəlirlər. "
8. O Həzrətin ( s ) ləqəblərindən biri də Əmindir. Qeyd etmək lazımdır ki, Peyğəmbər hələ peyğəmbərliyə seçilməmişdən ərəblər bu ləqəblə Həzrəti çağırardılar. Onun iffətli, sədaqətli, özündən acizlərə yardımçı olması, cəmiyyətdə son dərəcə qanun üzrə rəftarı, xüsusilə onun təmizliyi və əmanətdarlığı ərəblərin arasında məşhur idi. Peyğımbər ədəblə yeyər, ədəblə oturar və ədəblə danışardı. Çox təbəssüm etdiyi üçün ona " zəhuk " deyirdilər. Onun danışığı şirin, fəsih və lətafətli idi. Heç vaxt bir kəsi incitməz, bacardığı qədər insanlarla lütf və mehribanlıqla rəftar edərdi.
9. O Həzrətin ( s ) Qurandan götürülmüş ləqəblərindən biri də Əbdüllahdır: " Bəzi ayələrimizi göstərmək üçün bəndəsini bir gecə Məscidül-
həramdan ətrafını mübarək etdiyimiz Məscidül-əqsaya aparan Allah pak və müqəddəsdir. O doğrudan da, eşidən və biləndir. " ( İsra surəsi, ayə 1 )
Bu ləqəb Həzrətin ən gözəl ləqəblərindən biri kimi qeyd olunur. Məhz buna görə təşəhhüd oxunarkən bəndəlik məqamı risalət məqamından qabaq qeyd olunur. Bəndəliyin müxtəlif məqamları vardır ki, onun ən yüksək, dəfələrlə Qurani-Kərimdə zikr olunan mərtəbəsi " liqaullahdır" Bu elə bir məqamdır ki, ona nail olan şəxsin qəlbi Allahdan başqa heç bir mövcuda bağlı deyildir. Müqəddəs Quran onların haqqında belə buyurur: " O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz." ( Nur surəsi, ayə 37)
Bu məqamda ilahi eşq insan qəlbini doldurmuş və bu zaman qəlbdə Allahdan başqa heç nə mövcud deyildir. Allah-təalanın buyurduğu bu ayə - " Yalnız Allah zikri ilə qəlblər aram olar" həmin məqama toxunur. ( Rəd surəsi, ayə 28 )
İslam Peyğəmbəri ( s.ə.s. ) isə bu məqamda bəndəliyin ən yüksək zirvəsini təmsil edir.
10. O Həzrətin ( s ) ləqəblərindən biri də Mustafadır. Onun ( s ) bu gözəl ləqəbə yiyələnməsi böyük bir iftixardır. Çünki bu ləqəb seçilmiş mənasını ifadə edir və varlıq aləmində İslam peyğəmbəri Allah-taala tərəfindən ən fəzilətli şəxs seçilmişdir. Mərhəmət, əfv və ülfət zamanı heç kim mərhəmət və mehribanlıqda ona tay ola bilməz.
Категория: Efendimiz (s.a.v.v.) | Просмотров: 1443 | Добавил: esmaul-husna | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Axtar
Azandan onca: an cox oxunan
Listen Quran Online
TvQuran
Saytin dostlari
  • DINIM.TK
  • DINIM.TK
  • Yaşam ve İnsanlar Yaşam ve İnsanlar Kataloq

    esmaul-husna saytlar qrupu© 2024