Carsanba, 24.04.2024, 20:08
Xos galmisiniz Гость | RSS

Esmaul-Husna

Biz şiəyə demirik ki, birlik naminə sünni ol. Sünniyə də demirik ki, birlik naminə şiə ol. Lakin biz sünniyə deyirk ki, öz sünniliyində müsəlman ol, şiəyə də deyirk ki, öz şiəliyində müsəlman ol. Ey sünni! Səni eşitmək üçün şiənin sənə yaxınlaşmasını istəyirsənsə, qəlbini ona aç. Ey şiə! Əgər sünninin səni dinləməsini istəyirsənsə və dialoqda sənə imkan verməsini istəyirsənsə öz qəlbini ona aç. Qəlblər bir-birlərinə açıldıqları zaman onlar ağıla parlaq bir işarə verirlər ki, o da açılsın. Lakin biz həmişə bağlı və nifrət bəsləyən qəlblərə uymuşuq... Şiə məzhəbinin və ya sünni məzhəbinin öz içərisində ixtilafları olduğu kimi, məzhəblər arasında da əqidəvi və hüququ ixtilaflar var. Əgər İslama sadiq insanlarıqsa, İslamın möhkəm vücuduna nail olmaq üçün ciddi dialoqa başlamalıyıq." Ayətollah Seyyid Mühəmməd Hüseyn Fəzlullah
Saytin menyusu
Meqala-plus: an cox oxunan
Mini cat
Bizim sual
Saytimizi deyerlendirin
Cami cavab: 53
Statistika

Online cami : 1
Qonaqlar: 1
Istifadacilari 0
Azandan onca: 27
Meqala plus: 98
Quran mocuzalari: 20
Daxil olma qaydasi

Главная » 2010 » Sentyabr » 16 » Buxarinin “Səhih” əsərinə yazılmış şərhlər
19:16
Buxarinin “Səhih” əsərinə yazılmış şərhlər
Buxarinin "Səhih” əsərinə yazılmış şərhlər: Əsərlə bağlı coxsaylı şərhlər yazılmış və elmi tədqiqatlar aparılmışdır. Həttabəziləri onların sayının yüz otuzu keçdiyini demişlər. Şərhlərin ən məhşursayılanı aşağıdakılardır: 1. "Fəthul bari şərh Səhih əl-Buxari” Bu şərhi hafiz ləqəbli alim, şeyxülislam ƏbulFadl Əhməd ibn Əli ibn Həcər əl-Əsqalani yazmışdır. O, hicrətin 852-ci ilindəvəfat etmişdir. Onun şərhi Buxarinin "Səhih” adlı hədis kitabına yazılmış ənböyük, hətta digər şərhlərin tacı olan bir əsərdir. Dahi alim Şövkəni bu əsərintayı bərabəri olmadığını aşağıdakı sözləri ilə ifadə etmişdir: "Hicrətdən sonrafəth yoxdur.” (Yəni, Fəth əsərindən sonra kiminsə Buxarinin Səhihinə şərhyazmasına ehtiyac yoxdur.) İbn Həcər ömrünün iyirmi beş ilini bu şərhəhəsr etmişdir. O bu işinə 817-ci ildə başlamış vəfatından on il öncə yəni,842-ci ildə isə sona çatdırmışdır. əsəri tamamlaması münasibəti ilə beş yüzdinar pul xərcləyərək böyük ziyafət düzəltmişdir. Həmin ziyafətdə bir çox dinxadimləri iştirak etmişlər. "Fəthul-bari” adlı şərh müsəlmanlar tərəfindənmisli görünməmiş şöhrətlə qarşılanmışdır. Hətta onun kitab şəklində üç yüzdinara satılması da söylənilir. Əsərin səs-sorağı bütün dünyaya yayılmışdır. O,digər şərhlərlə müqayisədə insanların daha çox üz tutduqları etibarlı mənbəolmuşdur. Günümüzdə əsər on üç cilddə çap edilir. Onun "Hədyus-səri” adlı müqəddiməsiböyük cild şəklində nəşr edilir. Ibn Həcər sanki "Fəthul-bari” əsəri iləBuxarinin "Səhih”ini kamilləşdirmişdir. O, özündən əvvəl yaşamış əksəralimlərin Buxarinin "Səhih” kitabı ilə əlaqəli sözlərini toplamışdır. Sonraözünün alimlik dərəcəsini sübuta yetirəcək səviyyədə onların üzərində misligörünməmiş elmi tədqiqatlar .rmışdır. O, zəmanəsinə qədər yaşamış alimlərinböyük əksəriyyətinin kitablarını araşdırmışdır. Ibn Həcərin bu şərhini oxuyaninsan elə güman edir ki, sanki o, müstəqil şəkildə həmin kitabları oxyur,alimlərin sözləri ilə tanış olur və sonra da onlardan hansının daha üstün nəzərnöqtəsi olduğunu təyin edir. Əsərin xüsusiyyətlərindən biri də onun hədisləbağlı bütün mətnləri və isnadları özündə ehtiva etməsi və bu yolla da irəlisürülən rəylərdən hansının da düzgün olmasını qiymətləndirməyə imkanyaratmasıdır. 2. "Umdətul-qari fi şərhil-Buxari” Böyük həcmli bu şərh, hicrətin 855-ci ilində vəfatetmiş dahi alim Bədrəddin Mahmud ibn Əhməd əl-Eyni əl-Hənəfiyə məxsusdur. O,adlara aydınlıq gətirmiş, sözlərin dilçilik, qrammatika, məna, izahına xüsusiyer vermişdir. Hədislərdən sual cavab yolu ilə nəticələr çıxartmışdır. 3. "İrşədus-səri ilə şərh Səhih əl-Buxari” Bu şərh, hicrətin 923-cü ilində vəfat etmişŞihəbuddin Əhməd ibn Məhəmməd əl-Xatib əl-Qastalani əl-Qahiri əş-Şəfiitərəfindən yazılmışdır. Lakin həqiqətdə o, İbn Həcərin və əl-Eynininşərhlərinin müxtəsər formasıdır. 4. "əl-Kovkəb əd-dərari fi şərh Səhihəl-Buxari” Bu şərhi, hicrətin 786-cı ilində vəfat etmişŞəmsəddin Məhəmməd ibn Yusif ibn Əli ibn Səid əl-Kərmani yazmışdır. Iki hafiz,İbn Həcər və əl-Eyni əksər hallarda özündə coxsaylı faydalar daşıyan həminəsərə üz tutmuşlar. Ibn Həcər demişdir: "Bu şərh özündə xeyli faydalar daşıyır.Lakin bununla yanaşı orada nəql edilən rəvayətlərdə çoxlu səhvlərburaxılmışdır. Buna səbəb isə nəqlin mənbədən götürülməməsi olmuşdur.” 5. İmam Nəsrəddin Əli ibn Məhəmməd ibn əl-Munirəl-İskəndərinin şərhi. Bu böyük həcmli şərh təxminən iyirmi cilddən ibarətdir. 6. "Səhih Buxarinin şərhi” Bu əsər, İbn Battal adı ilə tanınan Əbul HəsənƏli ibn Xələf ibn Əbdülməlik əl- Qurtubi əl-Məliki tərəfindən yazılmışdır. O,hicrətin 449-cu ilində vəfat etmişdir. Şərh əsasən Məliki məzhəbinin fiqhimüzakirələri üzrə tərtib edilmişdir. 7. "ət-Tövşih şərh əl-Cəmius-Səhih” Bu şərhi, hicrətin 911-ci ilində vəfat etmişCəlaləddin əs-Suyuti yazmışdır. Onun adı çoxsaylı əsərlər yazan müəlliflərsırasında sadalanır. Suyuti hədisin rəvayəti və araşdırılması istiqamətində birneşə kitab yazmışdır. O öz şərhində hədisin sözlərinə düzəlişlər vermiş, çətinbaşa düşülən sözlərə aydınlıq gətirmiş, rəvayətlər arasındakı hər növziddiyyətləri aradan qaldırmış, naməlum rəvayətçilərin kimliyini təyin etmiş vəsairə digər işlər görmüşdür. Suyutinin özü şərhi haqda aşağıdakı sözləridemişdir: "Şərhdə heç nə nəzərdən qaçmayıb. Yalnız hədisdən çıxarılannəticələrə yer verilməmişdir.” 8. "ət-Təlvih fi şərh əl-Cəmius-Səhih” Bu şərh, hicrətin 762-ci ilində vəfat etmişhafiz ləqəbli Əlaəddin Mağlutay ibn Qəlic ət-Türki əl-Misri əl-Hənəfiyəməxsusdur. Buxarinin "Səhih” əsərinə digər şərhlər dəyazılmışdır. Onlardan bəziləri məsələn, İbni Kəsirin, İbni Rəcəbəl-Hənəbəlinin, Nəvəvinin və başqalarının şərhləri müəlliflər tərəfindən sonaçatdırılmamışdır
Категория: Hadisi-kitab | Просмотров: 979 | Добавил: esmaul-husna | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Axtar
Azandan onca: an cox oxunan
Listen Quran Online
TvQuran
Saytin dostlari
  • DINIM.TK
  • DINIM.TK
  • Yaşam ve İnsanlar Yaşam ve İnsanlar Kataloq

    esmaul-husna saytlar qrupu© 2024