Cuma axsami, 25.04.2024, 10:21
Xos galmisiniz Гость | RSS

Esmaul-Husna

Biz şiəyə demirik ki, birlik naminə sünni ol. Sünniyə də demirik ki, birlik naminə şiə ol. Lakin biz sünniyə deyirk ki, öz sünniliyində müsəlman ol, şiəyə də deyirk ki, öz şiəliyində müsəlman ol. Ey sünni! Səni eşitmək üçün şiənin sənə yaxınlaşmasını istəyirsənsə, qəlbini ona aç. Ey şiə! Əgər sünninin səni dinləməsini istəyirsənsə və dialoqda sənə imkan verməsini istəyirsənsə öz qəlbini ona aç. Qəlblər bir-birlərinə açıldıqları zaman onlar ağıla parlaq bir işarə verirlər ki, o da açılsın. Lakin biz həmişə bağlı və nifrət bəsləyən qəlblərə uymuşuq... Şiə məzhəbinin və ya sünni məzhəbinin öz içərisində ixtilafları olduğu kimi, məzhəblər arasında da əqidəvi və hüququ ixtilaflar var. Əgər İslama sadiq insanlarıqsa, İslamın möhkəm vücuduna nail olmaq üçün ciddi dialoqa başlamalıyıq." Ayətollah Seyyid Mühəmməd Hüseyn Fəzlullah
Saytin menyusu
Meqala-plus: an cox oxunan
Mini cat
Bizim sual
Saytimizi deyerlendirin
Cami cavab: 53
Statistika

Online cami : 1
Qonaqlar: 1
Istifadacilari 0
Azandan onca: 27
Meqala plus: 98
Quran mocuzalari: 20
Daxil olma qaydasi

Главная » 2010 » Avqust » 30 » ABŞ-NIN Corciya ştatinin Makon şaharinin meri Cek Ellis
11:56
ABŞ-NIN Corciya ştatinin Makon şaharinin meri Cek Ellis

ABŞ-nın Corciya ştatında yerləşən Makon şəhərinin meri, bütün həyatı boyu aktiv xristian olmuş Cek Ellis, hidayət yolunu tutaraq, İslam dinini qəbul etdiyini bildirmişdir.
"First Coast News" saytının verdiyi xəbərə görə, şəhər meri həm də öz adını dəyişməyə hazırlaşır. Belə ki, bundan sonra onu Həkim Mənsur Ellis kimi çağıracaqlar. «Bu, mənim şəxsi qərarımdır. Və hər bir kəs necə ibadət edəcəyi barədə özü qərar verir. Bu xüsusda, əgər mən şəhər meriyəmsə, onda insanların mənim nəyə iman gətirməyim barədə məlumatlarının olmasına haqları vardır. Və onlar bilməlidirlər ki, mən inanclı adamam və indi mən İslam dininə mənsubam» - deyə, Ellis bildirmişdir.
Ellisin sözlərinə görə, o dekabr ayında Afrikada səhayət edən zaman, İslam dinini qəbul etməyə qərar vermişdir. Eliisin fikrincə, o, öz əcdadlarının dininə qayıtmışdır. «Mən, belə demək mümkünsə, öz kökümə qayıtmışam. Mən İslam dinini Seneqalda olarkən qəbul etmişəm. Seneqalın əhalisi isə, onları Amerikaya gətirib qul edən vaxta qədər müsəlman olmuşlar» - deyə, şəhər meri qeyd etmişdir.
Afrikaya səyahətdən ABŞ-a geri dönən Ellis, burada müntəzəm surətdə məscidə getməyə başlamışdır. O, İslamın göstərişlərini yerinə yetirməyə çalışır və namazlarını da vaxtlı-vaxtında qılır. İslama gəlməmişdən əvvəl isə Ellis müntəzəm şəkildə yerli baptist kilsəsinə gedirdi.
Afrikadan evinə dönən Ellis, ilk olaraq İslam dinini qəbul etməsi qərarını öz ailə üzvlərinə bildirmişdi. İndi isə o bu xəbəri öz «böyük ailəsinə» - Makon şəhərinin sakinlərinə çatdırmaq qərarına gəlmişdir.

Malumat www.juma-az.org saytindan goturulub.
Категория: Meqalalar | Просмотров: 792 | Добавил: esmaul-husna | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Axtar
Azandan onca: an cox oxunan
Listen Quran Online
TvQuran
Saytin dostlari
  • DINIM.TK
  • DINIM.TK
  • Yaşam ve İnsanlar Yaşam ve İnsanlar Kataloq

    esmaul-husna saytlar qrupu© 2024