Sanba, 20.04.2024, 08:22
Xos galmisiniz Гость | RSS

Esmaul-Husna

Biz şiəyə demirik ki, birlik naminə sünni ol. Sünniyə də demirik ki, birlik naminə şiə ol. Lakin biz sünniyə deyirk ki, öz sünniliyində müsəlman ol, şiəyə də deyirk ki, öz şiəliyində müsəlman ol. Ey sünni! Səni eşitmək üçün şiənin sənə yaxınlaşmasını istəyirsənsə, qəlbini ona aç. Ey şiə! Əgər sünninin səni dinləməsini istəyirsənsə və dialoqda sənə imkan verməsini istəyirsənsə öz qəlbini ona aç. Qəlblər bir-birlərinə açıldıqları zaman onlar ağıla parlaq bir işarə verirlər ki, o da açılsın. Lakin biz həmişə bağlı və nifrət bəsləyən qəlblərə uymuşuq... Şiə məzhəbinin və ya sünni məzhəbinin öz içərisində ixtilafları olduğu kimi, məzhəblər arasında da əqidəvi və hüququ ixtilaflar var. Əgər İslama sadiq insanlarıqsa, İslamın möhkəm vücuduna nail olmaq üçün ciddi dialoqa başlamalıyıq." Ayətollah Seyyid Mühəmməd Hüseyn Fəzlullah
Saytin menyusu
Meqala-plus: an cox oxunan
Mini cat
Bizim sual
Saytimizi deyerlendirin
Cami cavab: 53
Statistika

Online cami : 1
Qonaqlar: 1
Istifadacilari 0
Azandan onca: 27
Meqala plus: 98
Quran mocuzalari: 20
Daxil olma qaydasi

Блог

Главная » 2010 » Oktyabr » 10 » Qurani yalan sayanlara cavab : Şirin sularda mərcan olur?
04:12
Qurani yalan sayanlara cavab : Şirin sularda mərcan olur?
Rəhman Surəsində iki suyun qarışmadığı və ikisindən də inci və mərcan çıxdığı bildirilər. Şirin və duzlu su hansıdır? İnci ilə Mərcan haradan çıxar?

Rəhman Surəsində keçən mövzuyla əlaqədar ayələrin tərcümələri belədir: "İkisindən də inci və mərcan çıxar. İndi Rəbbinizin hansı nemətlərini yalanlayırsınız?" (Rəhman Surəsi, 55/22-23)

İkisindən də inci və mərcan çıxar.

Ayədə, duzlu sudan çıxan inci, yaqut və mərcan kimi dəyişik gözəllikdəki bəzək əşyalarını nəzərə verən Allahın möcüzə sənətinə diqqət çəkilmişdir. (1)

Ayədə keçən "Lu'lu"kəliməsi, inci ( xüsusilə iri inci) mənasındadır. Dilimizdə də eynilə istifadə edilən "Mərcan"ın qırmızısı məşhurdur. Bilindiyi kimi inci ilə mərcan, həm bəzək əşyası olaraq istifadə edilər həm də ticarət nemətlərindəndir. (2)

Torpaqdan hububat, meyvə, yarpaq və gözəl qoxulu bitkilər çıxardığı kimi, sudan da sizin üçün həm bir bəzək əşyası həm də - Alusinin bildirdiyinə görə- ürək xəstəlikləri, ürək tutulma, ləpra, cüzzam, sədəf kimi xəstəliklərinizə şəfa olacaq inci və mərcan çıxaran, Rəhman olan Allahdır. (3)

İbn Abbasa görə, lülü kiçik inci, mərcan isə böyük incidiyər. İbn Məsuddan gələn rəvayətə görə "mərcan", almaz və yaqut kimi qırmızı ləl-cəvahiratdır. (4)

İnci İlə Mərcan Haradan Çıxar?

İnci və mərcanın yalnız duzlu dənizlərdən çıxdığına diqqət çəkən alimlər, ayənin "İkisindən.. çıxar" ifadəsini dəyişik şəkillərdə belə şərh etmişlər:

a) "ikisindən" demək, hər ikisindən demək olmayıb, tağlib sənəti çərçivəsində şirin və duzlu iki dənizin birindən çıxar deməkdir. Bu da duzlu dənizlərə işarədir. "Mən çörək yeddim və süd içdim" təbiri yerinə, "Mən çörək yeddim və südü də." cümləsində olduğu kimi. Halbuki süd içilər, yeyilməz. (5)

"İki dəniz" təbiri, duzlu və şirin dənizlərin ikisini də ehtiva etdiyi üçün, bir tək dəniz kimi təsvir edilmişdir. Bu baxımdan, "ikisindən çıxar" təbiri, birindən çıxar mənasındadır. (6)

c) Ərəbcədə bir tək şeyə aid bir əvəzlik, cəmi və ya təsniyələr üçün də istifadə edilə bilər. Necə ki, "Allah yeddi göy içində ayı bir nur etmiş, günəşi də bir çırağ etmişdir." (7) ayəsindəki üslub belədir. Çünki nə günəş nə də ay, yeddi göydə deyil, göylərdən birindədir. (8)

d) Burada bir muzaf olan "Ahad" sözü təqdir edilər; "minhüma" (ikisindən) təbiri, "min ahadihima" (iki dənizin birindən) mənasındadır. (9)

e) İbn Abbas və İkrimədən nəql edilən rəvayətə görə: inci və mərcan göydən yağan yağış damlalarının sədəf deyilən canlı istridyə tərəfindən udulmasından sonra təşəkkül edər. Bunun üçündür ki, incilərin təşəkkül etdiyi bu iki dənizə göy və yer dənizləri deyilmişdir. (10)

f) Bəzi alimlərə görə ayənin zahiri, incilərin həm duzlu həm də şirin dənizlərdən çıxdığına dəlalət etməkdədir. Bunların yalnız duzlu dənizlərdən çıxdığına dair iddialar isə, dalğıcların təcrübələrinə söykənilər. Allahın sözü isə, dalğıcların təcrübələrindən daha çox etibar edilməyə dəyər. dalğıclar, həqiqətən indiyə qədər inciləri yalnız duzlu sudan çıxarmış olsalar belə, bu yenə də incilərin şirin suda tapılmadığına dəlil olmaz. Çünki bütün hər şey, bu dalğıcların məlumatına münhasır deyil. Bunların bu andakı məlumatları, irəlidə şirin sulardan da inci çıxarıla biləcəyi ehtimalını ortadan qaldırmaz. (11)

"İki dəniz bir-birinə bərabər olmaz. Bu şirindir, susuzluğu kəsər, içilməsi asandır. Bu da duzludur, ağrıdır (boğazı yandırar). Hamısından da təzə ət (balıq) yeyərsiniz və geyəcəyiniz bəzək əşyası çıxararsınız." şəklindəki Fatır Surəsinin 12. ayəsi də, çox açıq bir şəkildə bəzək əşyalarının duzlu və şirin suların hər ikisində də tapıldığını göstərməkdədir. Dənizlərdəki bəzək əşyasının ən məşhuru isə, inci və mərcandır. (12)

Son vaxtlarda edilən bəzi araşdırmalar, inci və mərcanın dəniz və çay sularında tapıldığını ortaya qoymuşdur. İncilərin ən bol şəklidə Ümman yarımadasından Qatar yarımadasına qədər uzanan böyük körfəz açıqlarındakı sularda tapıldığına diqqət çəkən qaynaqlar, bunların şimal yarımkürəsindəki bəzi şirin sularda tapıldığını ifadə edirlər. Xüsusilə Mississippi və onu bəsləyən çaylarda çox qiymətli incilərin tapıldığı yazılmaqdadır. Yenə bu qaynaqlara görə Asiya, Avropa və Amerikanın bəzi çay və axar sularında inci tapıldığı ifadə edilməkdədir. Məsələn Avropa qitəsində çıxan ən qiymətli incilərin qaynağı, Bavyera meşələrindəki axar sulardır. Çində çay inciliyi çox əvvəllərdən bəri bilinməkdədir. (13)

Rəşid Razılığın bildirdiyinə görə, bəzi Hind çaylarında incilərin tapıldığı qəti olaraq təsbit edilmişdir. İngilis əsilli müstəmləkəçi və Quranın məşhur ingiliscə tərcüməçilərindən biri olan Corc Sala (1697-1736), Qazı Beydavinin bu ayənin təfsiri ilə əlaqədar şərhinə əlavə məlumat çərçivəsində etdiyi araşdırmada, söz mövzusu təsbitlərin doğru olduğunu ifadə etmişdir. (14)

Dr. İbrahim Avd da, bu mövzuda dəyişik araşdırmalar etdiyini və nəticə etibarilə inci ilə mərcanın, Quranın ifadə etdiyi şəkildə duzlu sularda olduğu kimi, şirin sularda da, - xüsusilə İngiltərə, Şotlandiya, Çekoslovakya və Yaponiyanın şirin sularında- tapıldığının təsbit edildiyini ifadə etməkdədir. (15)

Quranın on dörd əsr əvvəl, şirin və duzlu suların hər ikisində də bəzək əşyalarının tapıldığını və bunları xüsusilə inci və mərcan adları ilə ifadə etməsi, onun səmavi şəxsiyyətini isbat edəcək qədər güclü bir i'caz sənədidir.

İndi Rəbbinizin hansı nemətlərini yalanlayırsınız?
Yalnız sizin və heyvanlarınızın ruzisini verməklə qalmayıb, xoşunuza gedən qoxulu bitkiləri və inci kimi bəzək əşyalarını da sizin üçün yaradan Allahın hansı nemətlərini inkar edə bilərsiniz?
Haşiyələr:
1. əs-Sabuni, əs-Safve, III/296.
2. Yazır, VII/372.
3. əl-Alusi, XXVII/ a. g. y.
4. əl-Alusi, XXVI/106.
5. ət-Təbəri, XIII/130-132.
6. əl-Beydavi, VI/140.
7. Nuh, 71/16.
8. əl-Alusi, XXVII/106-107.
9. əl-Alusi, a. g. y.
10. ət-Təbəri, XIII/132; əl-Qəmli, VI/140; əl-Alusi, XXVII/106-107.
11. ər-Razi, XXIX/101; əl-Alusi, XXVII/ a. g. y.
12. İbrahim Avd, Masdaru'l-Kur'an (mahtut), 278.
13. The Encyclopedia Americana, 1973, "pearl" mad.; The World Book Encyclopedia, 1978, "pearl" mad.; Encyclopedia of Science and Tachnology, 1971, "perl" mad.; Ana Britanica, 1992, (inci) mad.
14. Rəşid Razı, Təfsiru'l-Menar, VIII/106.
15. İbrahim Avd, Masdaru'l-Kur'an (mahtut, 1986), 278-281. Ayrıca: "əl-Muntəhab fi Təfsiri'l-Kur'ani'l-Kerim" adlı təfsirdə Fatır Surəsində, on ikinci ayənin şərhinə də baxıla bilər.
Категория: Qurani-Kerim | Просмотров: 1073 | Добавил: esmaul-husna | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Axtar
Azandan onca: an cox oxunan
Listen Quran Online
TvQuran
Saytin dostlari
  • DINIM.TK
  • DINIM.TK
  • Yaşam ve İnsanlar Yaşam ve İnsanlar Kataloq

    esmaul-husna saytlar qrupu© 2024