İnsanların kosmosu tədqiq və kəşf etməsi 1957-ci il oktyabr ayının4-də SSRİ-nin "Sputnik” peykinin kosmosa göndərilməsi ilə başlandı. Yerin orbitindən çıxan ilk insan sovet kosmonavtı Yuri Qaqarin oldu. İnsanların Aya ayaq açması isə amerikalıların 1969-cu il iyul ayının 20-də "Apollo- 11”orbital gəmisini kosmosa göndərməsi ilə baş verdi. Həmçinin Quranda 1400 il əvvəl insanların belə bir sahədə nail olacağı inkişafa və kosmosa çıxmağın mümkün ola biləcəyinə işarə edilir. ALLAH bu məsələyə Quranda bu ayə ilə diqqət çəkir: "Ey cin və insan tayfası! Əgər göylərin və yerin ətrafından kənara çıxa bilərsinizsə, çıxın. Siz ancaq qüvvətlə çıxa bilərsiniz!” ("Rəhman”, 55/33) Ayədə "qüvvət” olaraq tərcümə edilən söz, yəni ərəb dilindəki "sultan” kəlməsi "hüccət, bürhan, güc, qüvvət, hökm, qanun, yol, avtoritet, icazə, dəlil” kimi mənalara gəlir. Diqqət edilsə görünər ki, yuxarıdakı ayə ilə insanların göylərin və yerin dərinliklərini heç vaxt keçə bilməyəcəkləri deyil, ancaq güc və qüvvətlə keçə biləcəkləri vurğulanır. ALLAHın Quranda bildirdiyi bu məsələ XX əsrdə üstün texnologiya sayəsində həyata keçdi