Cuma axsami, 28.03.2024, 20:48
Xos galmisiniz Гость | RSS

Esmaul-Husna

Biz şiəyə demirik ki, birlik naminə sünni ol. Sünniyə də demirik ki, birlik naminə şiə ol. Lakin biz sünniyə deyirk ki, öz sünniliyində müsəlman ol, şiəyə də deyirk ki, öz şiəliyində müsəlman ol. Ey sünni! Səni eşitmək üçün şiənin sənə yaxınlaşmasını istəyirsənsə, qəlbini ona aç. Ey şiə! Əgər sünninin səni dinləməsini istəyirsənsə və dialoqda sənə imkan verməsini istəyirsənsə öz qəlbini ona aç. Qəlblər bir-birlərinə açıldıqları zaman onlar ağıla parlaq bir işarə verirlər ki, o da açılsın. Lakin biz həmişə bağlı və nifrət bəsləyən qəlblərə uymuşuq... Şiə məzhəbinin və ya sünni məzhəbinin öz içərisində ixtilafları olduğu kimi, məzhəblər arasında da əqidəvi və hüququ ixtilaflar var. Əgər İslama sadiq insanlarıqsa, İslamın möhkəm vücuduna nail olmaq üçün ciddi dialoqa başlamalıyıq." Ayətollah Seyyid Mühəmməd Hüseyn Fəzlullah
Saytin menyusu
Meqala-plus: an cox oxunan
Mini cat
Bizim sual
Saytimizi deyerlendirin
Cami cavab: 53
Statistika

Online cami : 1
Qonaqlar: 1
Istifadacilari 0
Azandan onca: 27
Meqala plus: 98
Quran mocuzalari: 20
Daxil olma qaydasi

Блог

Главная » 2010 » Avqust » 7 » Disi bal arisi
13:20
Disi bal arisi
Rəbbin bal arısına belə vəhy etdi: "Dağlarda, ağaclarda və onların qurduğu çardaqlarda özünə evlər tik! Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə asanlaşdırdığı yollarla get!”
Onların qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxar. Şübhəsiz ki, bunda da düşünüb dərk edənlər üçün bir ibrət vardır!” (Nəhl surəsi, ayə 68-69).
Müasir elm isbat etmişdir ki, erkək arılar istisna olmaqla, hər bir arının ayrı-ayrılıqda çoxlu vəzifəsi vardır. Belə ki, erkək arılar nə pətəyin müdafiəsinə və təmizliyinə, nə qida toplamağa, nə pətək və bal hazırlamağa kömək etmirlər. Erkək arıların pətəkdəki yeganə işi yalnız şahzadə (ana) arını mayalandırmaqdan ibarətdir. Bununla da onlar öz işlərini bitmiş hesab edirlər. Bu da heç şübhəsiz ki, ilahi bir qanunauyğunluqla bağlı məsələdir, yəni Yaradan erkək arıları bu sayaq xəlq etmişdir. Cinsiyyət üzvündən başqa heç nəyi olmayan erkək arılar digər arılardakı xüsusiyyətlərin demək olar ki, heç birinə sahib deyildirlər və elə buna görə də onların şahzadə arını mayalandırmaqdan savayı bir iş görməsi də praktiki olaraq mümkün deyil.
Pətəyin bütün yükünü öz üzərinə götürən işçi arılar şahzadə arılar kimi dişi olmasına baxmayaraq, onların yumurtalıqları inkişaf etməmişdir və onlar qısırdır. İşçi arıların pətəyi təmiz saxlamaq, arı puplarına və körpə arılara qulluq etmək, şahzadə arını və erkək arını qidalandırmaq, bal hazırlamaq, pətək qurmaq, pətəkdəki "təmir” işlərini məharətlə yerinə yetirmək, pətəyin havasını müntəzəm şəkildə dəyişmək, pətəyin təhlükəsizliyini təmin etmək, nektar, çiçək tozu, su, qətran kimi maddələrin tədarükünü görmək və onları ehtiyatla ( "anbara” ) yığmaq kimi mühüm vəzifələri vardır.
Ərəb dilinin qrammatikasında felin iki növ işlədilməsi vardır və fellərin bu cür istifadə edilməsindən failin (burada: canlının) erkək və ya dişi cinsindən olması aydınlaşır. Əvvəldə gətirdiyimiz ayələrdə arı üçün işlədilən fellər felin qadın cinsini bildirən şəklində işlədilmişdir. Beləliklə, Quranda bal hazırlayan arıların dişi olmasına işarə edilir.
Yaddan çıxarılmamalıdır ki, arılarla bağlı bu həqiqətin 1400 il bundan əvvəl bilinməsi mümkün deyildi. Ancaq Allah-Taala diqqətləri bu həqiqətə çəkərək Quranın daha bir möcüzəsini də bizə göstərmişdir.
BALDAKI ŞƏFA :
Bal ayələrdə də göstərildiyi kimi, insanlar üçün şəfa olmaq xüsusiyyətlərinə malikdir. Elmdə bir addım öndə gedən ölkələr balın insan səhhəti baxımından əhəmiyyətini ciddi şəkildə nəzərə alıblar və bu ölkələrdə arıçılıq, arı məhsulları artıq ayrıca bir tədqiqat sahəsi kimi araşdırılır. Balın faydasını onun ümumi cəhətlərini nəzərə almaqla belə sıralamaq olar:
ASANLIQLA HƏZM EDİLİR:
İçindəki şəkərin bir başqa növ şəkərə (fruktozanın qlükozaya) çevrilə bilmə xüsusiyyəti sayəsində bal özündə yüksək miqdarda turşu (asit) ehtiva etsə də, o, ən həssas mədə tərəfindən də asanlıqla həzm edilmə qabiliyyətinə malikdir. Eyni zamanda, bağırsaqların və böyrəklərin daha yaxşı işləməsinə kömək edir. SÜRƏTLƏ QANA QARIŞIR VƏ SÜRƏTLİ ENERJİ MƏNBƏYİDİR:
Bal ilıq suya qarışdırılaraq içildikdə 7 dəqiqə ərzində qana qarışır. Bununla yanaşı, özündə ehtiva etdiyi sərbəst şəkərlərə görə beynin asan işləməsini təmin edir. Eyni zamanda, bal fruktoza və qlükoza kimi sadə quruluşlu şəkərlərin təbii qarışığıdır. Arıların son elmi-tədqiqat işlərinin nəticəsinə görə, şəkərlərin belə özünəməxsus qarışığı halsızlığın, zəifliyin, yorğunluğun aradan qaldırılmasında ən təsirli üsuldur. Bal bu baxımdan adamı həddən çox gümrahlaşdırır, onun fiziki qüvvəsini və daxili enerjisini artırır.
QAN YARANMASINA KÖMƏK EDİR:
Bal qan hazırlanması üçün bədənin ehtiyac hiss etdiyi enerjinin mühüm bir hissəsini təmin edir. Bundan başqa, qanın təmizlənməsinə də bilavasitə yardım edir. Bədəndəki qan dövranını nizamlamaq və asanlaşdırmaq yönündə xüsusi təsiri vardır. Bal həm də damar sərtliyinə, yəni damarların kirəcləşərək öz elastikliyini itirməsinə qarşı mühüm bir qoruyucudur.
Категория: Quran mocuzalari | Просмотров: 1366 | Добавил: esmaul-husna | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Axtar
Azandan onca: an cox oxunan
Listen Quran Online
TvQuran
Saytin dostlari
  • DINIM.TK
  • DINIM.TK
  • Yaşam ve İnsanlar Yaşam ve İnsanlar Kataloq

    esmaul-husna saytlar qrupu© 2024